
Samsung Galaxy Tab S9 planşetinin ekranı barəsində vacib məlumat verilib
Elm & Texnologiya
11.04.2023
Emil
Son zamanlarda Samsung-un Galaxy Tab S9 adlı yeni planşet seriyası barəsində daha çox məlumat ortaya çıxır. Bu planşet seriyasının yay fəslinin sonuncu ayında təqdim ediləcəyi gözlənilir. İndi isə Ross Young adlı məşhur insayder Galaxy Tab S9 barəsində vacib bir məlumatı təqdim edib. Onun sözlərinə əsasən sözügedən planşet 11 düym ölçülü AMOLED ekran ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Galaxy Tab S8 planşet seriyasında LTPS ekrana sahib yeganə model məhz adi Tab S8-dir. Galaxy Tab S8+ ilə Tab S8 Ultra modelləri isə AMOLED ekranlar ilə təchiz olunurlar. Beləliklə insayderin məlumatına inansaq, bu ilki adi Galaxy Tab S9 modeli də AMOLED ekrana sahib olacaq. Qeyd etmək lazımdır ki, daha öncəki məlumat sızıntılarına əsasən Galaxy Tab S9 Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və onun gövdəsi IP67 standartı üzrə sudan qorunacaq.
Paylaş
Bənzər xəbərlər