
Samsung Galaxy Tab S9 planşetlərinin Avropadakı satış qiymətləri ortaya çıxıb
Elm & Texnologiya
10.07.2023
Emil
Samsung keçən həftə rəsmi olaraq elan etmişdi ki, növbəti Galaxy Unpacked təqdimat tədbiri 26 iyul tarixində baş tutacaq. Sözügedən təqdimat tədbiri çərçivəsində şirkət öz yeni qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 5 ilə Z Flip 5-i təqdim edəcək. Lakin bununla yanaşı şirkət həmçinin Galaxy Tab S9 planşet seriyasını da təqdim edəcək. Bu seriyaya Galaxy Tab S9, Tab S9+ və Tab S9 Ultra modelləri daxil olacaqlar. İndi isə internetdə sözügedən planşetlərin Avropadakı satış qiymətləri barəsində məlumat ortaya çıxıb. Məlumata əsasən planşetlərin Avropadakı qiymətləri aşağıdakı kimi olacaq. Nəzərə almaq lazımdır ki, qiymətlər müxtəlif ölkələrdə fərqlənəcəklər.
- Galaxy Tab S9 (Wi-Fi 8 GB RAM / 128 GB yaddaş) — 929 avro
- Galaxy Tab S9 (Wi-Fi 12 GB RAM / 256 GB yaddaş) — 1049 avro
- Galaxy Tab S9+ (Wi-Fi 12 GB RAM / 256 GB yaddaş) — 1149 avro
- Galaxy Tab S9 Ultra (Wi-Fi 12 GB RAM / 256 GB yaddaş) — 1369 avro.
Paylaş
Bənzər xəbərlər