Logo
    main-post-cover

    Samsung Galaxy Tab S9 planşetlərinin texniki özəllikləri təqdim edilib

        Samsung artıq rəsmi olaraq elan edib ki, 26 iyul tarixində Galaxy Unpacked təqdimat tədbiri baş tutacaq. Sözügedən təqdimat tədbirində qatlana bilən Galaxy Z Fold 5 ilə Z Flip 5 smartfonlarından əlavə olaraq Galaxy Tab S9 planşetləri də təqdim olunacaq. Söhbət, Galaxy Tab S9, Tab S9+Tab S9 Ultra-dan gedir. İndi isə insayderlər bu planşetlərin texniki göstəricilərini təqdim ediblər. İlk növbədə Galaxy Tab S9-dan başlayaq. İnsayderlərin sözlərinə əsasən sözügedən model 2560x1600 piksel keyfiyyətli 11 düym Dynamic AMOLED 2X ekran ilə təchiz olunacaq. Planşet həmçinin özündə 12 GB RAM-ı, 256 GB daxili yaddaş həcmini, 13 MP-lik arxa kameranı, 12 MP-lik ön kameranı və 8400 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
        Galaxy Tab S9+ modelinə gəldikdə isə o, 2800x1782 piksel keyfiyyətli 12.4 düym ekran ilə təchiz olunacaq. Planşet özündə 12 GB RAM-ı, 512 GB daxili yaddaş həcmini, 13 MP + 8 MP ikili arxa kameranı, 12 MP-lik ön kameranı və 10090 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Seriyanın ən flaqman planşeti olacaq Galaxy Tab S9 Ultra modelinin 2960x1898 piksel keyfiyyətli 14.6 düym ekran ilə təchiz olunacaq. Planşet həmçinin özündə 16 GB RAM-ı, 1 TB daxili yaddaş həcmini, 13 MP + 8 MP ikili arxa kameranı, 12 MP-lik ön kameranı və 11200 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Hər üç planşetin Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı güman edilir.
    Paylaş
    Bənzər xəbərlər