Logo
    main-post-cover

    Samsung Galaxy Tab S9 planşetlərinin yeni keyfiyyətli render fotoları təqdim edilib

        Samsung artıq növbəti Galaxy Unpacked təqdimat tədbirinin keçiriləcəyi tarixi elan edib. Tədbir 26 iyul tarixində Cənubi Koreyada baş tutacaq. Tədbirdə şirkət əsas diqqətini yeni qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 5 ilə Z Flip 5-ə ayıracaq. Lakin tədbirdə həmçinin Galaxy Tab S9 planşet seriyası təqdim olunacaq. Sözügedən planşet seriyasına Galaxy Tab S9, Tab S9+Tab S9 Ultra modellərinin daxil olacaqları gözlənilir.
        İndi isə Roland Quandt adlı məşhur insayder hər üç planşet modelinin render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolar vasitəsilə bu planşetlər arasında olacaq xarici görünüş fərqini görmək olar. Beləliklə adi Galaxy Tab S9-un modeli bir ədəd arxa kamera və daha kiçik ölçülü ekran ilə təchiz olunacağı halda Galaxy Tab S9+ ilə Tab S9 Ultra ikili arxa kamera və daha böyük ölçülü ekran ilə təchiz olunacaq. Bununla yanaşı Galaxy Tab S9 Ultra modelinin ekranı üzərində çıxıntı hissə mövcud olacaq.
    Paylaş
    Bənzər xəbərlər