Logo
    main-post-cover

    Samsung Galaxy Tab S9 Ultra planşeti barəsində bəzi yeni məlumatlar verilib

        İnternetdə Samsung Galaxy Tab S9 planşetləri barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə insayderlər sözügedən planşet seriyasına daxil olacaq Galaxy Tab S9 Ultra-nın bəzi texniki özəlliklərini paylaşıblar. Beləliklə verilmiş məlumata əsasən Galaxy Tab S9 Ultra modeli 3 versiyada satışa çıxacaq. Onlardan birincisi 8 GB RAM-a və 128 GB yaddaşa, ikincisi 12 GB RAM-a və 256 GB yaddaşa, üçüncüsü isə 16 GB RAM-a və 512 GB yaddaşa sahib olacaq.
        Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Galaxy Tab S9 Ultra 120 Hz-lik təsvir yenilənməsinə sahib 2960x1848 piksel keyfiyyətli 14.6 düym ekran ilə təchiz olunacaq. Planşetin Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı və özündə 11200 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, Galaxy Tab S9 planşet seriyası yay fəslinin sonunda təqdim edilməlidir.
    Paylaş
    Bənzər xəbərlər