Logo
    main-post-cover

    Samsung kiçik ölçülü proyektora sahib yeni növ smart saatı patentləşdirib

        İndi çoxları xatırlamasa da təqribi olaraq 10 il bundan öncə Samsung şirkəti Galaxy Beam adlı maraqlı bir smartfonu satışa çıxartmışdı. Sözügedən smartfonun əsas fərqləndirici özəlliyi ondan ibarət idi ki, o öz gövdəsində mini proyektoru birləşdirirdi. İndi isə görünür, Samsung eyni təcrübəni smart saatda reallaşdırmağı planlaşdırır. Yeni növ smart saat şirkətin patent sorğusunda əks olunub. Patent sorğusundakı təsvirə əsasən smart saatın gövdəsinə kiçik ölçülü proyektor yerləşdirilib və həmin proyektor özündə bir neçə linza ilə diod işıqlarının şüalandırıcısını birləşdirir.
        Proyektor öz növbəsində təsviri istifadəçi əlinin üst hissəsinə əks etdirir. Əks olunan təsvirdə isə saat, daxil olan bildirişlər, foto və ya video görünə bilər. Patent sorğusunda qeyd edilib ki, smart saatın proyektoru ekranda smart saat ekranında əks olunan məlumatlardan fərqlənən məlumatları əks etdirə bilər. Bundan əlavə olaraq əks olunan təsvirə daha komfortlu şəkildə baxmaq üçün parlaqlıq səviyyəsini və fokus məsafəsini ayarlamaq olar. Qeyd etmək lazımdır ki, bu sadəcə patentdir və bu cür smart saatın Samsung tərəfindən nəticədə istehsal edilib-edilməyəcəyi bilinmir.
    Paylaş
    Bənzər xəbərlər