Logo
    main-post-cover

    Samsung növbəti Galaxy Tab S9 planşetinin təqdimatına hazırlaşır

        Keçən həftə Samsung şirkəti Galaxy Tab S9 planşet seriyasını təqdim etdi. Sözügedən seriyaya Galaxy Tab S9, Tab S9+Tab S9 Ultra modelləri daxil oldular. İndi isə şirkət daha bir Galaxy Tab S9 modeli üzərində çalışır. Söhbət, Galaxy Tab S9 FE+ planşetindən gedir. Sözügedən planşet artıq ABŞ-ın FCC adlı sertifikatlaşdırma mərkəzində sertifikatlaşdırmadan keçib. Bu isə planşetin yaxın zamanda təqdim olunacağından xəbər verir. FCC məlumatlarına əsasən Galaxy Tab S9 FE+ planşeti Wi-Fi 6, Bluetooth 5.3 dəstəyinə və ikili arxa kameraya sahib olacaq. Daha öncəki məlumat sızıntılarına inansaq, Galaxy Tab S9 FE+ planşeti 12.4 düym ekran ilə təchiz olunacaq və Exynos 1380 prosessoru vasitəsilə çalışacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung növbəti Galaxy Tab S9 planşetinin təqdimatına hazırlaşır | Technote