
Samsung OneUI 2.1 yenilənməsini verəcəyi cihazların siyahısını yayımladı
Elm & Texnologiya
13.03.2020
Samsung, OneUI interfeysinin 2.1 versiyasını yayımlamağa hazırlaşır. OneUI 2.0 gətirdiyi bir çox yenilik ilə istifadəçilər tərəfindən bəyənilmişdi. Samsung hal hazırda Galaxy S20 ailəsində və Z Flip modelində OneUI 2.1 interfeysini istifadə edir. Yeni çıxan xəbərlərə görə isə OneUI 2.1 S20 ailəsindən başqa cihazlar üçün də yayımlanacaq.
Samsung moderatorlarından biri Cənubi Koreya portalında bu xəbəri təsdiqlədi!
Təsdiqlənən xəbərə görə OneUI 2.1 yenilənməsi Galaxy S9, S10 və Note 9, Note 10 olmaqla 4 cihaza veriləcək. Lakin tarix barəsində məlumat verilməyib. Yenilənməni ilk olaraq S10 və Note 10 modelləri alacaq, sonra isə S9 və Note 9 modellərinə veriləcək. OneUI 2.1 ciddi yeniliklər gətirməyəcək. S20 modellərində olan Ekran yaxınlaşdırma və Samsung Sürətli Paylaşım funksiyaları OneUI 2.1 ilə digər smartfonlarda da istifadəyə veriləcək.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...