main-post-cover

    Samsung qeyri-adi idman ayaqqabılarını təqdim edib (VİDEO)

    Elm & Texnologiya
    13.06.2024
    Emil Nəcəfov
         Samsung şirkəti özü üçün qeyri-adi olan yeni məhsulunu təqdim edib. Söhbət, Shortcut Sneaker adlı idman ayaqqabılarından gedir. Təqdim edilmiş bu idman ayaqqabılarının əsas fərqləndirici özəllikləri ondadır ki, onlar vasitəsilə smartfonun bəzi funksiyalarını idarə etmək olar. Samsung Shortcut Sneaker adlı idman ayaqqabıları Elitac Wearables şirkəti və idman ayaqqabıları dizayneri olan Roel van Hoff arasındakı əməkdaşlıq çərçivəsində hazırlanıb. Shortcut Sneaker məhdud sayda işıq üzü görəcək. Təqdim edilmiş reklam videosunda bu idman ayaqqabılarının necə çalışacaqları əks olunub.
         Beləliklə məlumata əsasən sözügedən idman ayaqqabılarının altlıq hissələrinə xüsusi sensorlar yerləşdirilib. Həmin sensorlar 5 müxtəlif hərəkət növünü təyin etməyi bacarırlar. 5 müxtəlif hərəkət növündən hər biri isə müəyyən funksiyanın yerinə yetirilməsinə istiqamətlənib. Məsələn idman ayaqqabılarının altlıq hissələrinin bir-birilərinə iki dəfə toqquşmaları sayəsində telefon zəngini yerinə yetirmək olar. Samsung Shortcut Sneaker rəsmi şəkildə mağazalarda satılmayacaq. Bu idman ayaqqabılarının tirajı yalnız 6 cüt təşkil edəcək və onların hamısı konkurs çərçivəsində uduşa çıxarılacaq. Konkursda isə 9 iyundan 15 iyuna kimi Samsung Members tətbiqinin istifadəçiləri iştirak edə biləcəklər.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən qapaqlı Samsung Galaxy Z Flip 6-nın satış qiymətləri açıqlanıb
    qatlana-bilen-qapaqli-samsung-galaxy-z-flip-6-nin-satis-qiymetleri-aciqlanib
    Samsung Galaxy Z Fold 6-nın satış qiymətləri açıqlanıb
    samsung-galaxy-z-fold-6-nin-satis-qiymetleri-aciqlanib
    Samsung Galaxy Z Fold 6-da foto tərtibatı üçün nəzərdə tutulmuş unikal süni zəka funksiyası istifadəyə veriləcək
    samsung-galaxy-z-fold-6-da-foto-tertibati-ucun-nezerde-tutulmus-unikal-suni-zeka-funksiyasi-istifadeye-verilecek
    Samsung Galaxy S26 Ultra-ya Face ID analoqu inteqrasiya ediləcək
    samsung-galaxy-s26-ultra-ya-face-id-analoqu-inteqrasiya-edilecek
    Samsung, yenə Apple-ı ələ salıb: "Apple sözünün əlavə edilməsi onu yeni və ya yenilikçi etmir"!
    samsung-yene-apple-i-ele-salib-apple-sozunun-elave-edilmesi-onu-yeni-ve-ya-yenilikci-etmir