main-post-cover

    Samsung şirkəti CES 2019 sərgisinə 5G dəstəkli ilk smartfonunu gətirib

    Elm & Texnologiya
    10.01.2019
    Farid Pardashunas
        Samsung şirkəti CES 2019 sərgisinə özünün 5G texnologiyalı ilk smartfon modelinin prototipini gətirib. Çox güman ki, bu, Galaxy S10 5G modelinin ilkin prototipidir. Sözügedən smartfon barədə məlumatları və fotoları Business Insider India paylaşıb. Samsung-un yeni smartfon modeli tez bir zamanda aşkar edilməyib. Onu bir çox stendlərin arasında görüblər. Buna baxmayaraq smartfonu test etmək imkanı olmayıb.

        Belə ki, o, şüşədən hazırlanmış xüsusi stendin daxilində yerləşdirilib. Təbii ki, şirkət sözügedən smartfonun texniki göstəriciləri barəsində heç bir məlumat verməyib. Lakin heç şübhəsiz Galaxy S10 5G modeli Snapdragon 855 prosessoru və Snapdragon X50 5G modemi ilə təchiz olunacaq. Bununla yanaşı sonuncu yaylmış məlumatlara əsasən 5G texnologiyasına sahib olacaq Galaxy S10 modeli iki versiyada satışa çıxacaq və ikinci versiya eksklüziv olaraq ABŞ-ın Verizon mobil operatoru tərəfindən satılacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər