main-post-cover

    Samsung şirkəti Galaxy Fold-un büdcəli versiyası üzərində çalışır

    Elm & Texnologiya
    11.05.2020
    Farid Pardashunas
        Keçən ildən başlayaraq bir neçə smartfon istehsalçısı qatlana bilən smartfon modellərini satışa çıxartmağa başlamışdılar. Lakin onların yüksək qiymət göstəriciləri səbəbilə bir çox alıcı həmin smartfon modellərini ala bilmir. Bu cür smartfonların qiymətləri 1500$-2000$ və daha çox olur. Lakin görünür, Samsung şirkəti öz müştərilərinə bir qədər ucuz qiymətə sahib qatlana bilən smartfon modelini təqdim etməyi planlaşdırır
        XDA-Developers saytının baş redaktoru Max Weinbach-ın sözlərinə əsasən Samsung şirkəti hal hazırda 3 ədəd qatlana bilən smartfon üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib. Onun sözlərinə əsasən onlardan ikisi Galaxy Fold-dakı kimi plastik materialdan hazırlanmış örtüyə, biri isə Galaxy Z Flip-dəki kimi nazik şüşə örtüyə sahib olacaq. Məlumata əsasən hazırlanan smartfonlardan biri Galaxy Fold e adını əldə edə və 1100$ qiymətində satıla bilər. Mauri QHD ləqəbli digər bir insayder isə bildirib ki, büdcəli qatlana bilən smartfon modeli Galaxy Fold Lite adını əldə edəcək və 900$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər