Samsung şirkəti Galaxy S və Galaxy Note seriyasını yeni vahid seriyaya birləşdirməyi planlaşdırır

Samsung şirkəti Galaxy S və Galaxy Note seriyasını yeni vahid seriyaya birləşdirməyi planlaşdırır

Texnologiya
16.09.2019 PAYLAŞIM

    Gələn ilin fevral ayında ənənəvi olaraq Samsung şirkəti yeni Galaxy S flaqman seriyasını təqdim etməlidir və məntiqlə bu, Galaxy S11 olmalıdır. Lakin görünür, şirkət öz flaqman smartfon seriyasının rebrendiqini keçirtmək niyyətindədir. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, məşhur insayder Evan Blass öz güvənli mənbələrinə istinadən məlumat verib ki, Galaxy S11 heç olmaya da bilər.

    Onun məlumatlarına əsasən şirkət Galaxy S ilə Galaxy Note seriyalarını birləşdirmək və vahid bir ada sahib yeni smartfon seriyasını satışa çıxartmaq niyyətindədir. Məlumatda qeyd olunub ki, yeni smartfon seriyası Galaxy One adlanacaq. Yeni smartfonlar həmçinin S Pen stilus dəstəyini əldə edəcəklər. Böyük ekranlı smartfonlar da olduqları kimi qalacaqlar. Lakin yeni seriyada həmin smartfonlar Galaxy Note deyil, Galaxy Fold modelləri olacaqlar.


    Bu cür qərar əslində çox məntiqlidir. Çün ki, 10-cu nəsil Galaxy S və Galaxy Note modelləri bir-birilərindən çox cüzi özəlliklərə görə fərqlənirlər. Galaxy Note 10 seriyasında isə nəzərə çarpan yeganə yenilik yeni S Pen stilusunun dəstəyidir. Qeyd etmək lazımdır ki, bu məlumat rəsmi deyil. Lakin əgər o təsdiqlənsə biz gələn il yeni Galaxy One seriyasını görəcəyik. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple qarışıq reallıq cihazının hazırlanma mərhələsində texniki problemlər ilə q..

İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti özünün ilk qarışıq reallıq (AR + V..


Dünyanın su üzərindəki ən böyük günəş elektrostansiyası istifadəyə verilib..

Huaneng Power International (HPI) şirkəti Çinin şərqində yerləşən Şantun adlı vilayətdə günəş elektr..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində yeni məlumatlar veri..

Son zamanlarda internetdə Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində daha çox məlum..


Huawei bu il HiSilicon Kirin prosessorlarının istehsalını bərpa edəcək

2019-cu ilə kimi smartfon bazarında 4 böyük mobil prosessor istehsalçısı mövcud idi.


SpaceX Starship enişi üçün nəzərdə tutulmuş 140 metrlik Mechazilla adlı qülləsin..

SpaceX şirkəti 140 metr hündürlüyə sahib Mechazilla adlı qülləsini sərgiləyib.


Təkmilləşdirilmiş batareya sayəsində Tesla Model S rekord göstəricidə yol qətt e..

Our Next Energy (ONE) adlı şirkət elektromobillər üçün nəzərdə tutulmuş yeni növ batareya yaradıb və..

×