Logo
    Samsung şirkəti Galaxy Z Flip-in birinci partiyasını 7.5 saata satdı

    Samsung şirkəti Galaxy Z Flip-in birinci partiyasını 7.5 saata satdı

      Cənubi Koreyanın paytaxtı olan Seulda Samsung şirkəti özünün Digital Plaza adlı mağazalarında qatlana bilən Galaxy Z Flip smartfon modelinin eksklüziv satışlarını keçirdib. Satış nəticələri diqqətləri cəlb edir. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən satışlara start veriləndən 7.5 saat sonra şirkət Galaxy Z Flip-in birinci partiyasını satıb.
      Təbii ki, birinci partiyaya daxil olan smartfonların sayı çox deyil idi. Söhbət, 900 ədəd Galaxy Z Flip modelindən gedir. Alıcılar arasında ən yüksək tələbat isə Mirror Purple rənginə sahib modelədir. Məhz bu rəngə sahib Galaxy Z Flip modelləri ilk növbədə bitiblər. Daha sonra isə alıcılar üçün yalnız Mirror Black rənginə sahib modellər təklif olunub. Qeyd etmək lazımdır ki, Galaxy Z Flip-in ön sifarişlərinə bugün start verilir. Onun qiyməti isə 1380$-dır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung şirkəti Galaxy Z Flip-in birinci partiyasını 7.5 saata satdı