main-post-cover

    Samsung şirkəti iki yeni qatlana bilən smartfon üzərində çalışır

    Elm & Texnologiya
    06.03.2019
    Farid Pardashunas
        Samsung şirkəti fevral ayının sonunda Galaxy S10 seriyası ilə birlikdə qatlana bilən Galaxy Fold smartfon modelini təqdim etmişdi. Lakin şirkət bununla yetinmək niyyətində deyil və yeni məlumata əsasən artıq iki ədəd yeni qatlana bilən smartfon üzərində çalışır. Bu barədə Bloomberg saytı xəbər verib. Hazırlanan yeni qatlana bilən smartfonlar barəsində o qədər də çox məlumat yoxdur. Lakin məlum olan odur ki, birinci model Huawei Mate X-ə bənzəyəcək.
        Yəni smartfon bir böyük ekranla təchiz olunacaq və həmin ekran xarici istiqamətə qatlanaraq iki hissəyə bölünəcək. İkinci model Motorola RAZR smartfonunu xatırladacaq. Belə ki, o, şaquli istiqamətdə qatlanacaq. Ola bilsin ki, ikinci model Galaxy Fold kimi iki ekranla təchiz olunsun. Bu halda birinci ekran əsas ekran olacaq və smartfonun daxilində yerləşəcək. İkinci ekran isə əlavə ekran funksiyasını yerinə yetirəcək və smartfonun xarici hissəsində yerləşəcək. Sözügedən qatlana bilən smartfonlardan birini şirkət bu ilin sonunda və ya gələn ilin əvvəlində satışa çıxartmağı planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər