main-post-cover

    Samsung şirkəti kameraya sahib S Pen stilusunun patentini alıb

    Elm & Texnologiya
    06.02.2019
    Farid Pardashunas
        Keçən il təqdim olunmuş Galaxy Note 9 smartfonunun S Pen stilusu Bluetooth özəlliyinə sahib idi. Beləliklə şirkət S Pen stilusunu Galaxy Note 9 smartfonunun idarəetmə pultuna çevirmişdi. Şirkətin yeni patent sorğusunda S Pen stilusunun növbəti təkamülü əks olunub. Belə ki, bu dəfə şirkət mühəndisləri S Pen-ə kameranın quraşdırılmasını təklif edirlər. Bu barədə Gagadget saytı xəbər verib. Ortaya çıxmış patent sənədlərində S Pen-in müxtəlif dizayn variantları yer alıb.

        Variantlardan birində kamera modulu S Pen-in yuxarı hissəsində yerləşir. Bu isə heç də rahat deyil. Belə ki, bu üsulla kamera modulunun yerləşdiyi yerin şüşə hissəsinin tez bir zamanda cızılmasına və ya smartfonun yerə düşməsi nəticəsində sınmasına nail olmaq olar. Uyğun variant kimi kamera modulunun S Pen-in kənar hissəsində yerləşdirilməsidir. Stilusun forması elə ideal şəkildədir ki, onun gövdəsi ətrafında daha qəliz optik sistem quraşdırılsın. Güman edilir ki, stilusda olacaq düymə vasitəsilə kameranın optik zoomunu idarə etmək mümkün olacaq.

        Bu cür S Pen stilusu smartfonun ön kamerasını rahatlıqla əvəz edə bilər. Beləliklə Galaxy Note smartfonunun ekranında ön kamera üçün heç bir çıxıntı hissənin yerləşdirilməsinə də ehtiyac qalmayacaq. Lakin stilus vasitəsilə çəkilişin smartfona ötürülməsi yüksək enerji sərfiyyatı tələb edəcək. Böyük batareya həcmini isə stilusa yerləşdirmək mümkün deyil. Qeyd etmək lazımdır ki, Samsung şirkəti kameralı S Pen stilusunun patentini əldə etmək üçün sorğunu hələ 2017-ci ildə göndərmişdi. Bu o demək deyil ki, şirkət həqiqətən də bu cür stilusu hazırlayacaq. Əksər hallarda şirkətlərin əldə etdikləri patentlər nəticədə reallaşdırılmamış qalırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər