Samsung şirkəti öz-özünə bərpa olunan ekran materialı yaratdı
Elm & Texnologiya
16.08.2018
Farid Pardashunas
Samsung şirkətinin yeni patentində smartfon ekranı üzərində
toxunuş izlərinin qarşısını alan birləşmədən bəhs olunur. Şirkət tərəfindən
hazırlanmış texnoloji yeniliyin əsas özəlliyi smartfon ekranının səthinin
öz-özünə bərpasıdır. Bu texnoloji yenilik ilk öncə əyilə bilən smartfon modelləri
üçün nəzərdə tutulub. Onu da qeyd etmək lazımdır ki, Samsung özünün ilk əyilə
bilən smartfon modelini yaxın zamanda təqdim etməlidir. Patentdə şirkət tərəfindən
hazırlanmış yeni materialın tam texniki göstəriciləri barəsində məlumat yoxdur.
Lakin çox güman ki, həmin material kiçik cızıqları və digər kiçik ekran
nasazlıqlarını öz-özünə bərpa edə biləcək. Müasir Samsung smartfonları arxa və
ön paneldən şüşə örtüklərə sahibdirlər. Bu isə naqilsiz şarj üçün lazım olur.
Çox güman ki, bu yeni texnoloji material şirkətin ilk əyilə bilən smartfon
modellərindən birində tətbiq olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək