main-post-cover

    Samsung şirkəti qatlana bilən Galaxy Fold'un nə zaman satışa çıxacağını heç özü də bilmir

    Elm & Texnologiya
    22.07.2019
    Farid Pardashunas
        Samsung şirkətinin ilk qatlana bilən smartfon modeli olan Galaxy Fold-un təqdimatından artıq 5 ay keçib. Lakin smartfon hələ də satışa çıxmayıb. Görünür, yaxın zamanda onun satışa çıxmasını gözləmək lazım deyil. Bu barədə Phonearena saytına istinadən Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, smartfonun daha öncədən planlaşdırılmış satış tarixinə az qalmış şirkət bir neçə Galaxy Fold modelinin test olunması üçün onları jurnalistlərə təqdim etmişdi. Lakin bir neçə gündən sonra test məqsədi ilə göndərilmiş smartfonların ekranları yararsız hala düşdülər. Səbəb isə smartfonun konstruksiyasında olan problemdə idi.
        Nəticədə şirkət Galaxy Fold-un satışlarını təxirə saldı və smartfonun konstruksiyasında olan problemi ardan qaldırmağa başladı. İndi isə bəzi mənbələrin verdikləri məlumatlara əsasən Galaxy Fold-un yeni versiyaları artıq hazırdılar. Onlar hətta bir neçə həftə bundan öncə yenidən test mərhələsinə göndərilmişdilər və bu dəfə də heç bir problem ortaya çıxmamışdı. Məlumata əsasən yeni modellər Samsung KAIST adlı tədqiqat mərkəzinin əməkdaşları, sənaye mütəxəssisləri və Seul Universitetinin professorları tərəfindən test olunublar.
        Uğurlu test nəticələrinə baxmayaraq Samsung şirkəti Galaxy Fold-un satışına start verməyə tələsmir. Hətta dəqiq satış tarixi barəsində də bir məlumat yoxdur. Çox güman ki, şirkətin heç özü də bilmir ki, smartfon nə zaman satışa çıxacaq. Məsələn Çexiya və Slovakiya ölkələri üzrə Samsung Electronics-in təmsilçisi David Sahula jurnalistlərə müsahibə verən zaman bildirmişdi ki, onlar Galaxy Fold-un nə zaman satışa çıxacağı barəsində bir məlumata sahib deyillər. Ola bilər ki, şirkət qatlana bilən smartfon barəsində hansısa məlumatı 7 avqust tarixində versin. Qeyd etmək lazımdır ki, məhz həmin tarixdə şirkət yeni Galaxy Note 10 seriyasının təqdimatını keçirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər