
Samsung şirkəti smart üzük üzərində çalışır
Elm & Texnologiya
07.07.2023
Reddit istifadəçilərdən biri Samsung Health tətbiqinin test versiyasında şirkətin hələ təqdim edilməmiş qeyri-adi cihazı barəsində məlumatlar aşkar edib. Söhbət, Ring adlı cihazdan gedir. Çox güman ki, Samsung smart üzük üzərində çalışır və onun final adı Galaxy Ring olacaq. Gözləntilərə əsasən smart üzük Galaxy Watch kimi istifadəçi səhhətinin müəyyən göstəricilərini ölçə biləcək. Buna misal olaraq ürək döyüntülərinin, stress səviyyəsinin ölçülməsini və s. gətirmək olar. Samsung-un smart üzük üzərində çalışması barəsində məlumat ilk dəfə olaraq hələ 2015-ci ildə ortaya çıxmışdı. Həmin vaxtda insayderlər bildirmişdilər ki, smart üzük smart ev cihazlarının idarəsini reallaşdırmağa və səhhətin müəyyən göstəricilərini monitorinq etməyə imkan verəcək. Galaxy Ring-in nə zaman təqdim olunacağı bilinmir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...