Samsung şirkəti smartfonlar üçün özünün 5G modemini təqdim etdi
Elm & Texnologiya
16.08.2018
Farid Pardashunas
Samsung şirkəti mobil cihazlar üçün nəzərdə tutulmuş 5G
modemini hələ bu ilin əvvəlində CES 2018 tədbirində bağlı qapılar arxasında təqdim
etmişdi. Lakin həmin vaxtda şirkət modemin nə zaman bazarda satışa çıxarılacağı
barəsində məlumat verməmişdi. Şirkət sonunda rəsmi olaraq 3GPP (3rd
Generation Partnership Project) standartlarını dəstəkləyən Exynos Modem 5100
adlı 5G modemi anons etdi. Yeni modem 10 nanometrlik texnoloji proses əsasında
hazırlanıb və 2G GSM / CDMA, 3G WCDMA, TD-SCDMA, HSPA, 4G LTE kimi artıq köhnəlmiş
standartları da dəstəkləyir. Samsung-un verdiyi məlumata əsasən yeni modem 6
GHz tezliklərdə saniyədə 2 Gbit, mmWave tezliklərdə isə saniyədə 6 Gbit yükləmə
sürəti təmin edə bilər. Şirkət həmçinin qeyd edib ki, Exynos 5100 5G modemi bu
ilin sonuna kimi bazarda satışa çıxacaq. Beləliklə bu anons öz növbəsində
5G smartfonların hazırlanma və istehsal sürətini artırmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)