
Bir neçə gün bundan öncə məlum oldu ki, Çində yayılmağa başlamış koronavirus səbəbilə Xiaomi şirkəti Çindəki bütün mağazalarının fəaliyyətini dayandırıb. İndi isə digər şirkətlər də Çindəki fəaliyyətlərini bilinməyən müddətə kimi dayandırıblar. Bu barədə BBC saytı xəbər verib. Beləliklə Çin hökuməti bir sıra böyük şəhərlərini izolyasiya edəndən sonra regionda yerləşən bir çox zavodların fəaliyyətlərini dayandırdı. Söhbət, Samsung, Foxconn və Pegatron şirkətlərinin zavodlarından gedir.
Qeyd etmək lazımdır ki, Foxconn və Pegatron zavodlarında Apple şirkətinin iPhone modelləri istehsal olunurlar. Bundan əlavə olaraq Çin hökumətinin qərarına əsasən Tesla şirkəti Şanxaydakı Gigafactory zavodunu da bağlayıb. İlkin qərara əsasən zavoddakı istehsal prosesi 9 fevrala kimi dayandırılıb. Google şirkətinin axtarış servisi Çində aktiv olmasa da onun həmin ölkədə 4 ofisi var. Beləliklə şirkət Çində, Honkonqda və Tayvanda olan ofislərini bağlayıb.
Şirkət orda qalmış əməkdaşlarına ölkədən çıxaraq bir müddət evdə çalışmalarını məsləhət görüb. Apple şirkəti də Çindəki bütün mağazalarını bağlayıb. Amazon və Microsoft şirkətləri öz əməkdaşlarının Çinə iş səfərlərini məhdudlaşdırıblar. Çində olan Ford və Toyota zavodlarında da istehsalat prosesi dayandırılıb. Hətta Starbucks da Çində olan 200-dən çox kafesinin fəaliyyətini dayandırıb. Son məlumatlara əsasən Çində koronavirusdan ölənlərin sayı 171 nəfər insan təşkil edib.
Şərh yoxdur