
Saturn planetinin 128 yeni peyki kəşf edilib
Elm & Texnologiya
12.03.2025
Emil
Yupiter, Günəş sistemində ən çox peykə sahib olan planet yarışında Saturndan geridə qalıb. Son müşahidələr Saturnun 128 yeni peykinin aşkar edildiyini göstərib. Bu da onun ümumi peyklərinin sayını 274-ə çatdırıb. Yupiterin cəmi 95 peyki var, yəni Saturndan 3 dəfə azdır, bu da onun bu fərqi bağlamasını qeyri-mümkün edir. Saturnun hələ kəşf edilməmiş çoxlu peykləri olması ehtimalı ilk dəfə 2019-2021-ci illər arasında ortaya çıxıb. Bu dövrdə Saturn ətrafında 62 yeni obyekt müşahidə olunmuşdu. Həmçinin o zaman tanınmayan digər kiçik cisimlər də qeydə alınmışdı.

"Bunların çox güman ki, peyklər olduğunu və ehtimal ki, daha da çoxunun mövcud olduğunu bildiyimiz üçün, 2023-cü ildə 3 ay ərzində eyni səma bölgələrini araşdırdıq. Nəticədə biz 128 yeni peyk aşkar etdik. Proqnozlarımıza əsasən, düşünmürəm ki, Yupiter nə vaxtsa bu baxımdan Saturnu keçə biləcək" - deyə Tayvanın aparıcı elmi-tədqiqat institutu Academia Sinica-nın astronumu Edward Ashton bildirib. Qeyd etmək lazımdır ki, Saturnun yeni aşkar edilmiş peyklərinin əksəriyyəti Yerin peyki Ay kimi deyil. Bunlar səhv formalı, diametri cəmi bir neçə kilometr olan kiçik kosmik cisimlərdir.

Alimlərin fikrincə, bu obyektlər əvvəlcə Günəş sisteminin erkən dövründə Saturnun cazibə qüvvəsi tərəfindən tutulmuş kiçik bir qrup cisim olub. Daha sonra bir sıra toqquşmalar onları kiçik qaya parçalarına çevirib. Bu səbəbdən astronomlar əsasən kiçik qayalıq peyklərin üstünlük təşkil etdiyini müşahidə ediblər. Bu katastrofik toqquşmalar kosmik miqyasda nisbətən yaxın zamanda, cəmi 100 milyon il əvvəl baş verib. Buna misal olaraq əvvəllər kəşf edilmiş Skandinaviya qrupu peykləri gətirmək olar. Onlar artıq bu baxımdan tədqiq edilib və kiçik ölçüləri, nizamsız formaları və uzanmış orbitləri ilə seçildiklərinə görə "qeyri-müntəzəm peyklər" kateqoriyasına aid olunurlar.
Mənbə: Science Alert
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Yer kürəsinə yaxın okean planetində həyat mövcud ola bilər
2023-cü ildə alimlər bir tədqiqat təqdim edərək bildirmişdilər ki, K2-18b planetinin atmosferində dimetilsulfid adlı kimyəvi maddə aşkarlanıb. Bu maddə potensial canlı orqanizmlərlə əlaqələndirilir. O vaxtdan bəri alimlər bu planetdə həyatın olub-olmaması mövzusunda mübahisə aparırlar.

Elm & Texnologiya
Bəzi bakteriyalar hətta ölümdən sonra da "yaşaya" bilirlər
Bəzi bakteriya növləri hətta ölümdən sonra qonşu hüceyrələrə kömək etməyin yolunu tapıblar. Onlar öldükdən sonra “qidalandırıcı ziyafət” miras qoyurlar.

Elm & Texnologiya
Eynşteynin ümumi nisbilik nəzəriyyəsi və kvant mexanikasını birləşdirə biləcək yeni nəzəriyyə təqdim edilib
Fiziklər kainatın ən böyük sirrlərindən bəzilərini həll etməyə kömək edə biləcək yeni qravitasiya nəzəriyyəsini təqdim ediblər. Alimlər hesab edirlər ki, kvant qravitasiyası entropiyadan (sistemin nizamsızlıq səviyyəsi, kainatda daim artır) qaynaqlana bilər.

Elm & Texnologiya
Parkinson xəstəliyini kök hüceyrələri vasitəsilə müalicə etməyə başlayıblar
ABŞ alimləri, xəstələrin öz proqramlaşdırılmış kök hüceyrələrindən istifadə etməklə zədələnmiş dopamin neyronlarını əvəz etməyə yönəlmiş klinik tədqiqat mərhələsinə start verdiklərini açıqlayıblar.

Elm & Texnologiya
Qara dəliklərin daxilində bizim düşündüyümüz anlayış olmaya bilər
Kvant mexanikasına görə qara dəliklərin sinqulyarlığı mövcud olmamalıdır. Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin tənliklərində edilən dəyişikliklər qara dəliyin daxili strukturunu daha yaxşı izah edə bilər.
Ən çox oxunanlar

Okean axınları küləkdən 2.5 dəfə daha çox enerji generasiya edə bilirlər
