
Saturnun peyki Enselad səthaltı okeana sahib olmaya bilər
Elm & Texnologiya
04.03.2025
Emil
Saturnun ən məşhur peyklərindən biri olan Enseladın səthi qalın buz təbəqəsi ilə örtülüb. Alimlər bu buz qatının altında maye halında səthaltı okeanın mövcud ola biləcəyini düşünürlər. Bu nəzəriyyəyə ilk işarə 2005-ci ildə peyk səthindəki çatlardan çıxan su buxarı geyzerlərinin kəşfi olub. Bu cür buz və su buxarından ibarət geyzerlərin mövcudluğu Enseladın həyat üçün potensial uyğun bir mühit ola biləcəyini göstərmişdi. Bu, həm də orada Yerdə mövcud olan formaya bənzər həyatın yarana biləcəyi ehtimalını gündəmə gətirmişdi. Uzun müddət alimlər düşünürdülər ki, geyzerlərdən çıxan su birbaşa səthaltı okeandan gəlir. Lakin yeni araşdırma bu nəzəriyyəni şübhə altına alır.

Yeni tədqiqata əsasən geyzerlərdən çıxan suyun okeandan qaynaqlandığına dair sübutlar yetərli deyil. Bu isə Enseladda səthaltı okeanın mövcudluğuna və orada həyatın ola biləcəyinə dair əvvəlki fərziyyələri sual altında qoyur. Alimlər Enseladın buzlu səthindəki çatlardan çıxan su buxarı geyzerlərinin necə əmələ gəldiyini araşdırmağa qərar veriblər. Tədqiqat göstərib ki, bu geyzerlər səthaltı okeanla əlaqəli olmaya bilər və hətta Saturn peykinin altında belə bir okeanın ümumiyyətlə mövcud olmaması ehtimalı var. Alimlərin fikrincə, geyzerlərdəki su səthaltı okeandan deyil, peykin səthində ərimiş buz qatından qaynaqlana bilər. Onlar bildiriblər ki, səthaltı okeandan suyun çatlar vasitəsilə səthə çıxması çətin olardı, çünki Enseladın səthindəki çatlar çox dərin olmamalıdır.

Hətta əgər bu çatlar dərin olsalar belə, suyun necə yüksəlib kosmosa çıxa biləcəyi hələ də açıq sual olaraq qalır. Araşdırma müəllifləri belə nəticəyə gəliblər ki, geyzerlərdəki suyun mənbəyi mütləq səthaltı okean deyil, əksinə, peykin qalın buz qatının içərisində ərimiş buz təbəqəsi ola bilər. Bu yanaşmaya əsasən, çatlaqlardan çıxan su buxarı və buz hissəcikləri daha asanlıqla səthə çıxa və kosmosa yayıla bilər. Araşdırma göstərib ki, Enseladın buz təbəqələrinin birində duzun olması buzun ərimə temperaturunu aşağı salır və onun tam bərkiməsinin qarşısını alır. Bu səbəbdən, buz orada xəmirəbənzər yumşaq bir formada qala bilər.
Buz qatlarının hərəkəti nəticəsində yaranan sürtünmə istiliyi ilə birlikdə bu, qismən ərimiş buz və duzlu sudan ibarət sürüşkən qarışığın əmələ gəlməsinə səbəb olur. Beləliklə, çatlardan çıxan su buxarı geyzerləri üçün demək olar ki, maye halında bir mənbə yaranır. Alimlər hesab edirlər ki, Cassini kosmik aparatı tərəfindən 20 il əvvəl geyzerlərdə aşkar edilmiş qazların, xüsusilə hidrogenin nisbəti klatratların qismən əriməsi ilə izah edilə bilər. Klatratlar - buzun içində qaz molekullarını saxlaya bilən kristal strukturlardır. Bu nəzəriyyəyə əsasən, bu buz strukturlarının əriməsi nəticəsində geyzerlərdə müşahidə olunan qazlar sərbəst qalır.

Hidrogenin uçucu olması səbəbindən buzun qismən əriməsi bu qazın bir hissəsinin səthə çıxmasına imkan verə bilər, eyni zamanda karbon qazı və metan buz strukturlarında (klatratlarda) saxlanılır. Bu da geyzerlərdə müşahidə olunan yüksək hidrogen nisbətini izah edir. Buz hərəkət etdikcə, donduqca və tektonik dəyişikliklərə məruz qaldıqca, duzlu buz və klatratlar ərimiş buz qatını qidalandırır. Bu proses geyzerlərin kimyəvi tərkibinin sabit qalmasına səbəb olur. Bu və digər nəzəriyyələrin dəqiq təsdiqi üçün Enselad üzərində daha yaxın müşahidələr aparılmalıdır. Buna baxmayaraq, Enselad hələ də potensial yaşayış üçün uyğun bir dünya hesab edilir. Onun altında səthaltı okean, hətta yerdənkənar həyatın mövcud olma ehtimalı hələ də açıq qalır.
Mənbə: Space.com
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Gen terapiyası uşaqlarda görmə qabiliyyətini bərpa edib
Alimlər görmə qabiliyyətinin itirilməsinə səbəb olan irsi xəstəliklərdən əziyyət çəkən 11 uşağın iştirak etmiş olduğu klinik araşdırmanın nəticələrini təqdim ediblər.

Elm & Texnologiya
Marsdakı bioloji həyat insan mədəsindəki bioloji həyata bənzəyə bilər
Əgər başqa planetlərdə, o cümlədən Marsda həyat mövcuddursa, o, ekstremal şəraitə uyğunlaşma qabiliyyətinə malik olmalıdır. İspaniyanın San Xorxe Universitetindən Maria Rosa Pino Otin-in fikrincə, bunun necə görünə biləcəyini təsəvvür etmək üçün insan mədəsinin daxilinə nəzər salmaq kifayətdir.

Elm & Texnologiya
Dünyanın ən güclü okean axınının sürəti aşağı düşməyə başlayıb
Alimlər müəyyən ediblər ki, Antarktidanı əhatə edən buzların əriməsi dünyanın ən güclü okean axını olan Antarktika dövri okean axınının (Qərb küləkləri cərəyanı) sürətinin azalmasına səbəb olur.

Elm & Texnologiya
Yer kürəsinin nüvəsində kainatın ilkin elementlərindən biri ola bilər
Yer kürəsinin nüvəsi əsasən dəmirdən ibarət olsa da, o həmçinin Böyük partlayışdan dərhal sonra əmələ gəlmiş ilkin heliuma da sahib ola bilər. Adətən helium ağır elementlərlə çətin bağlanır, lakin fiziklər bu inert qazı yüksək temperatur və təzyiq altında dəmir ilə birləşdirməyə nail olublar.

Elm & Texnologiya
Növbəti buz dövrünün nə zaman baş tutacağı proqnozlaşdırılıb
Təxminən 2.5 milyon il əvvəl Yer kürəsində buz dövrləri və isti dövrlər arasında dəyişikliklər başlayıb. Sonuncu buz dövrü 11 700 il əvvəl başa çatıb.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
