
Saturnun peyki Titanda həyatın təməli formalaşa bilər
Elm & Texnologiya
16.07.2025
Emil
Alimlər hesab edirlər ki, Saturnun ən böyük peyki olan Titan üzərində yadplanet həyatın yaranması üçün zəruri şərait mövcuddur. Araşdırma göstərir ki, Titan səthində canlı orqanizmlərin hüceyrələrindən əvvəl gələn strukturların formalaşması üçün bütün vacib komponentlər mövcuddur. Alimlər müəyyən ediblər ki, Saturnun ən böyük peyki olan Titanın göllərində canlı hüceyrələrin ilkin formalaşması üçün vacib olan vezikula adlanan hüceyrədaxili orqanoidlər əmələ gələ bilər. Titan Günəş sistemində ölçüsünə görə ikinci ən böyük peykdir və sıx atmosferə, eləcə də çaylara, göllərə və dənizlərə malik yeganə peykdir. Lakin bu çay və göllər sudan deyil, etan və metandan ibarətdir. Hərçənd ki, Yer üzərində həyatın əsası suya dayanır, alimlər ehtimal edirlər ki, Titan üzərindəki maye karbohidrogenlər həyatın formalaşması üçün lazım olan molekulların əsasını təşkil edə bilər.

Bununla belə, bu cür həyat Yer üzündəki həyatdan tamamilə fərqli ola bilər. Yer biologiyasının əsas fundamenti hüceyrələrin mövcudluğudur. Ən sadə formalarından ən mürəkkəbinə qədər, bu vacib vahidlər bütün canlı sistemlərin əsasını təşkil edirlər. Alimlər Titanın şəraitində - burada orta temperatur -180 dərəcə Selsidir və səthində su yox, maye karbohidrogenlər mövcuddur - canlı hüceyrələrin bəzi əsas tikinti elementlərinin yaranmasının mümkün olub-olmadığını araşdırıblar. Canlı hüceyrənin yaranması üçün mühitdə onun vacib tikinti bloku olan vezikulaların əmələ gəlməsinə imkan verən şərait olmalıdır. Bu hüceyrədaxili orqanoidlərin formalaşması, canlı hüceyrələrin ilkin mərhələlərinin yaranması üçün əsas addımlardan biridir. Vezikulalar - hüceyrələrdə yaranan və maye ilə dolu kiçik köpüklərdi. Onlar hüceyrə daxilində maddələrin daşınmasında və hüceyrə metabolizminin saxlanmasında mühüm rol oynayırlar.

Bu quruluşlar dairəvi formaya malikdir və öz tərkibində müxtəlif maddələr - zülallar, lipidlər və digər molekullar daşıyırlar. Alimlər Titan şəraitində vezikulaların necə formalaşa biləcəyini göstərən bir üsul aşkarlayıblar. Əgər bu vezikulalar orada həqiqətən mövcuddursa, bu, Titan səthində potensial olaraq yadplanetli həyatın və ya heç olmasa onun ilkin formalarının mövcud ola biləcəyini göstərir. Vezikula əmələgəlmə prosesi amfifil adlanan molekullardan başlayır. Bu molekullar həm suyu sevən (hidrofil), həm də sudan qorxan (hidrofob) hissəyə malikdirlər. Müəyyən şəraitdə bu molekullar öz-özünə təşkilatlanaraq vezikulalar yarada bilirlər. Yer kürəsində, amfifillər su ilə qarşılaşdıqda onlar birləşərək sabun köpüyünə bənzər sferalar yaradırlar - burada hidrofil hissə çölə doğru yönəlir və hidrofob hissəni qoruyur.

Əgər ikiqat amfifil molekulu bir yerə yığışarsa, onların arasında su ilə dolu ikiqat təbəqəli kürə formalaşa bilər. Bu quruluş canlı hüceyrəni xatırladır. Məlumdur ki, Yer üzərində həyat suda yaranıb, bu səbəbdən də hüceyrələrin içində suyun olması təəccüblü deyil. Titan səthində də oxşar proseslər baş verə bilər. Lakin alimlər hesab edirlər ki, Titan mühitində vezikula formalaşması prosesi Yer üzərindəki mexanizmdən fərqli şəkildə baş verir. Titanın atmosferinin böyük hissəsi azotdan ibarət olsa da, onun buludları metandan ibarətdir. Metan yağış şəklində səthə düşür və gölləri, dənizləri doldurur. Günəş şüalarının təsiri ilə metan buxarlanır və yenidən atmosferə qalxaraq buludları bərpa edir.

Tədqiqat müəllifləri hesab edirlər ki, Titan səthində vezikulalar, yağış damlalarının göl və dənizlərin səthini örtən amfifil molekullarına düşməsi nəticəsində əmələ gələ bilər. Bu zaman molekulların daxili və xarici hissələri ayrılır. Daha sonra bu molekullar atmosferə daşınır. Yağış damlaları yenidən metan dənizlərinə düşəndə, dənizin amfifil təbəqəsi ilə qarşılaşır və nəticədə damlanı əhatə edən ikitəbəqəli vezikula yaranır. Zaman keçdikcə bu vezikulalar göl və dənizlər boyunca yayılıb qarşılıqlı əlaqəyə girə və nəticədə protosellərin - yəni canlı hüceyrələrin ilkin formalarının - yaranmasına səbəb ola bilər. Bunun həqiqətən belə olub-olmadığını NASA-nın Dragonfly missiyası çərçivəsində öyrənmək mümkün olacaq. Bu missiyanın 2028-ci ilin iyul ayında buraxılması işə salınması planlaşdırılır. 2034-cü ildə isə nüvə enerjisi ilə işləyən bir helikopter Saturnun peyki olan Titana enəcək və onun bir çox sirrini açmağa çalışacaq.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy S25 FE-nin iki vacib özəlliyi açıqlanıb
