main-post-cover

    Sensor Tower analitik şirkəti öz tətbiqləri vasitəsilə gizli şəkildə istifadəçilərin məlumatlarını yığıbmış

    Elm & Texnologiya
    11.03.2020
    Emil Nəcəfov
        Tərtibatçıların, nəşriyyatların və investorların istifadə etdikləri tədqiqatları hazırlayan məşhur Sensor Tower analitik şirkəti gizli şəkildə istifadəçilərin konfidensial məlumatlarını yığıbmış. Şirkət bunu Android iOS əməliyyat sistemləri üçün hazırladığı VPN tətbiqlər və reklam bloklayıcıları vasitəsilə edib. Bu barədə Buzzfeed saytı xəbər verib. Məlumata əsasən 2015-ci ildən başlayaraq Sensor Tower analitik şirkətinə ümumi yüklənmə sayı 35 milyonu keçən minimum 20 tətbiq məxsusdur. Həmin tətbiqlər sözügedən şirkət ilə əlaqəli olduqlarını gizlədirdilər.
        Lakin Buzzfeed jurnalistləri aşkar ediblər ki, həmin tətbiqlərin daxilində məhz bu şirkətin tərtibatçıları tərəfindən hazırlanmış kod mövcuddur. Şirkətə məxsus hansısa tətbiqi quraşdırandan sonra Sensor Tower istifadəçidən mənbə sertifikatını yükləməyi tələb edirdi. Bu sertifikat isə bir növ fayl kimi çıxış edir və ona sahib olan şəxs trafik məlumatlarını və smartfondakı digər məlumatları əldə edə bilir. Şirkət öz növbəsində qeyd edib ki, o yalnız tədqiqat və analitikada istifadə olunan anonim məlumatları əldə edir. Şirkət qeyd edib ki, onun tətbiqləri istifadəçilərin konfidensial məlumatlarını yığmırlar.
        Sensor Tower həmçinin onu da əlavə edib ki, Buzzfeed tərəfindən sadalanmış tətbiqlərdən bəziləri artıq çalışmırlar. Buzzfeed öz növbəsində Google Play-də Free and Unlimited VPN, Luna VPN, Mobile DataAdblock Focus tətbiqlərini, App Store-da isə Adblock Focus və Luna VPN tətbiqlərini aşkar etmişdi. Nəticədə Buzzfeed nəşriyyatı Google Apple şirkətləri ilə əlaqə yaratdırlar. Daha sonra Google şirkəti öz online mağazasından Mobile Data tətbiqini, Apple şirkəti isə Adblock Focus tətbiqini sildi. Hər iki şirkət digər tətbiqlərin yoxlanışını aparır. Apple şirkətinin təmsilçisi qeyd edib ki, App Store qaydalarının pozulması səbəbilə Sensor Tower şirkətinin bir çox tətbiqi bu online mağazadan silinib. Google şirkəti isə bu məsələyə fikir bildirməkdən imtina edib.
    Linki kopyala