Logo
    main-post-cover

    SETI alimləri yadplanetli izini axtarmaq üçün milyon kosmik obyekti yenidən yoxlayıb

    Elm & Texnologiya
    05.02.2025
    Emil
         SETI layihəsi 60 ildən artıqdır ki, uzaq ulduzlardan gələn radiosiqnalları analiz edərək, Yer kürəsi xaricində sivilizasiyaların axtarışı ilə məşğuldur. Təəssüf ki, indiyə qədər yadplanetlilərin mövcudluğuna dair heç bir sübut tapılmayıb. Bir neçə müddət bundan öncə sözügedən layihənin alimləri milyon kosmik obyektin yenidən yoxlanılması üçün yeni bir alqoritmdən istifadə etdilər. Lakin bu da müsbət nəticə vermədi. Gələcəkdə bu alqoritm potensial yadplanetli sivilizasiyaların texnoloji izlərinin identifikasiyasını avtomatlaşdırmağa imkan verəcək. Müasir rəsədxanalar böyük həcmdə astronomik məlumat toplayır, lakin onların analizini aparmaq üçün kifayət qədər ixtisaslı kadr çatışmazlığı mövcuddur.
         Yetərincə ağıllı alqoritmlərin yaradılması bu problemi qismən həll etməyə imkan verir. SETI layihəsinin mütəxəssislər komandası elmi cəhətdən maraq doğuran məlumatların aşkarlanmasını asanlaşdırmaq üçün məlumatların çeşidlənmə metodlarını dəyişdirməyi təklif edib. Alimlər ABŞ-da yerləşən VLA radioastronomiya rəsədxanasına qoşulmuş COSMIC adlı alqoritmdən istifadə ediblər. Bu rəsədxana Süd Yolu qalaktikasında süni mənşəli radiodalğalar barədə təsəvvürlərimizə uyğun gələn siqnalları axtarmaq üçün yaradılıb. Kosmos astronomik obyektlərin siqnalları ilə zəngindir.
         Bir siqnalın texnoloji iz kateqoriyasına düşməsi üçün onun darzolaqlı olması və Doppler effekti nəticəsində tezliyinin zamanla dəyişməsi lazımdır. Lakin belə bir süzgəcdən sonra belə milyonlarla uyğunluq qalır. COSMIC alqoritmi siqnallara alimlərin öz fərziyyələri əsasında hazırlayacağı digər filtrləri tətbiq edə bilər. Bu işin nəticəsi olaraq uyğunluqların bazası və hər bir anten üçün texniki parametrlər toplusu yaradılıb. COSMIC alqoritmi artıq 950 000-dən çox obyekti — kvazarları, pulsarları, qara dəlikləri supernovaların qalıqlarını — araşdırıb və yenə də Yer kürəsi xaricində sivilizasiyalara bənzər heçnə tapmayıb. Bununla belə, alimlərin sözlərinə görə, bu, sistemin ilk sınağı idi və uğurla keçdi. Növbəti dəfə COSMIC daha sürətli və daha müstəqil işləməlidir. Bu isə daxil olan astronomik məlumatları vaxtında emal edə bilmək üçün vacibdir.
    Mənbə: Universetoday
    Paylaş
    Bənzər xəbərlər
    marsda-suretli-seysmik-keciricilik-musahide-edilib
    Elm & Texnologiya

    Marsda sürətli seysmik keçiricilik müşahidə edilib

    NASA alimlərinin yeni araşdırması Mars mantiyasında seysmik dalğaların qeyri-adi dərəcədə yüksək keçiriciliyini üzə çıxarıb. Bu araşdırmada süni zəka mühüm rol oynayıb. Belə ki, o, Qırmızı Planetin səthinin 10 minlərlə görüntüsünü analiz edərək, yeni meteorit zərbəsi nəticəsində yaranmış kraterləri müəyyənləşdirib.
    cinliler-kosmosda-suni-fotosintez-sayesinde-oksigen-ve-raket-yanacagi-elde-edibler
    Elm & Texnologiya

    Çinlilər kosmosda süni fotosintez sayəsində oksigen və raket yanacağı əldə ediblər

    Keçən ay Çinin Tiangong adlı kosmik stansiyanda süni fotosintez üzərində aparılmış təcrübənin bir mərhələsi tamamlandı. Qeyd etmək lazımdır ki, süni fotosintez texnologiyası kosmosda raket yanacağının komponentlərini və nəfəs almaq üçün oksigen istehsal etməyə imkan verir.
    heyatin-yaranmasi-ucun-vacib-olan-komponentler-bennu-asteroidinin-numunelerinde-askar-edilib
    Elm & Texnologiya

    Həyatın yaranması üçün vacib olan komponentlər Bennu asteroidinin nümunələrində aşkar edilib

    Bennu adlı asteroiddən əldə edilmiş süxur nümunələri 2023-cü ilin sentyabr ayında uğurlu şəkildə Yer kürəsinə çatdırılmışdı. Nəticədə alimlər Yer kürəsində bioloji həyat növünün necə formalaşması mövzusunda tədqiqatlar aparmaq üçün əla imkan əldə etdilər.
    195-isiq-ili-uzaqliginda-yer-kuresine-benzer-yeni-planet-kesf-edilib
    Elm & Texnologiya

    19.5 işıq ili uzaqlığında Yer kürəsinə bənzər yeni planet kəşf edilib

    Bu günə qədər astronomlar Süd Yolu qalaktikamızda müxtəlif ölçü və tərkibə malik 7000-dən çox planet kəşf ediblər. Bu dünyaların bəziləri Yerə bənzər ölçüyə və qayalıq quruluşa malikdir ki, bu da onları Yer tipli planetlər kateqoriyasına daxil edir.
    qedim-qalaktikadan-gelmis-radiosiqnal-askar-edilib
    Elm & Texnologiya

    Qədim qalaktikadan gəlmiş radiosiqnal aşkar edilib

    Günümüzdə kosmosun dərinliklərindən gələn və bir neçə millisaniyə ərzində davam edən sürətli radiosiqnalların mənbələri barəsində ümumi qəbul edilmiş bir nəzəriyyə yoxdur. Bu hal onlara bu mövzuda müxtəlif cəlbedici versiyaları bəxş edir.