main-post-cover

    Səudiyyə Ərəbistanı yarımkeçirilər sahəsində lider ölkə olmağa hədəflənib

    Elm & Texnologiya
    12.02.2024
    Farid Pardashunas
         Səudiyyə Ərəbistanında zaman-zaman qeyri-adi layihələr reallaşdırılır. Lakin indi ölkənin ən iddialı layihəsi statusunu Alat şirkətinə vermək olar. Sözügedən şirkətin təsis edildiyini Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd ibn Salman əl-Səud elan edib. Məhəmməd ibn Salman bu şirkət vasitəsilə öz ölkəsini yarımkeçirici texnologiyalar sahəsində lider etmək qərarındadır. Alat şirkəti Dövlət İnvestisiyaları Fondunun dəstəyi vasitəsilə yaradılacaq və onun büdcəsi 100 milyard dollar təşkil edəcək.
         Bu, istənilən ölkənin yarımkeçirici sahəsinə edilmiş investisiyalardan daha çoxdur. Şirkətin rəhbəri qismində isə Dell Technologies şirkətinin Asiya-Sakit okean regionu üzrə keçmiş prezidenti Amit Midha çıxış edəcək. Məlumata əsasən Alat şirkəti 7 aparıcı biznes sahə üzrə yerli və beynəlxalq bazarların xidmətinə hədəflənmiş məhsulların istehsalı ilə məşğul olacaq. Aparıcı sahələr, yarımkeçiricilər, smart alətlər, intellektual səhiyyə, smart cihazlar, smart tikililər və növbəti nəsil infrastruktur.
         Gözləntilərə əsasən Alat şirkəti 30 kateqoriyada həyati əhəmiyyət sahələrinin xidmətlərinə hədəflənmiş məhsulların istehsalını reallaşdıracaq. Bura həmçinin robotlaşdırılmış sistemlər, şəbəkə sistemləri, müasir kompüterlər, rəqəmsal əyləncə məhsulları və inşaat kimi sahələrdə istifadə edilən ağır texnika daxil olacaq. Plana əsasən Alat şirkəti 2030-cu ilə qədər Səudiyyə Ərəbistanında 39 000 yeni iş yeri yaradacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Wi-Fi siqnalı maksimal uzaq məsafəyə ötürülüb (VİDEO)
    wi-fi-siqnali-maksimal-uzaq-mesafeye-oturulub-video
    Yaponiyada disketlər kimi köhnə məlumat daşıyıcılarından imtina ediləcək
    yaponiyada-disketler-kimi-kohne-melumat-dasiyicilarindan-imtina-edilecek
    CES 2024-də holoqrafik zənglər üçün "telefon köşkü" sərgilənib (VİDEO)
    ces-2024-de-holoqrafik-zengler-ucun-telefon-kosku-sergilenib-video
    SpaceX bu il rekord sayda kosmik uçuş missiyası reallaşdırıb
    spacex-bu-il-rekord-sayda-kosmik-ucus-missiyasi-reallasdirib
    Samsung süni zəka texnologiyasına sahib yeni kamera sensoru üzərində çalışır
    samsung-suni-zeka-texnologiyasina-sahib-yeni-kamera-sensoru-uzerinde-calisir