
Şimali Koreyanın məxfi planşetinin görüntüləri hackerlər tərəfindən sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid
Ümumdünya hackerlər konqressi (Chaos Communication Congress) çərçivəsində Woolim adlı planşeti göstəriblər.
Sözügedən planşet Şimali Koreyada
istehsal olunur. Florian Grunow adlı hacker bildirib ki, planşet, Android-in
təkmilləşdirilmiş versiyası üzərində çalışır və bir sıra məhdudiyyətlərə
sahibdir. Hackerlər öyrəniblər ki, cihazın istehsalı ilə Çinin "Hoozo” adlı
şirkəti məşğul olur. Planşetə, siyasi və təbliğatlı kitablardan istifadə
qaydası barədə PDF formatında təlimatlar yüklənilmişdir. Həmçinin planşetdə
rus, çin və fransız dillərinin lüğətləri
üzrə təhsil proqramları da vardır. Bundan əlavə olaraq cihaz, yerli
telekanalların canlı yayımına və Şimali Koreyanın qapalı internet şəbəkəsinə
qoşulmağı təmin edən tətbiqlərə sahibdir. Planşetə tətbiqlərin yazılması
təhlükəsizlik sistemi vasitəsilə məhdudlaşdırılıb. Belə ki, yüklənmiş faylları
işə salan zaman, sistem onların kriptoqrafik yazılarını yoxlayır.
Paylaş
Bənzər xəbərlər