main-post-cover

    Smartfonlara inteqrasiya edilə biləcək şəffaf günəş paneli yaradılıb

    Elm & Texnologiya
    27.01.2021
    Farid Pardashunas
        İnçxon Milli Universitetinin alimləri dünyada ilk dəfə şəffaf günəş panelini yaradıblar. Sözügedən günəş paneli udulmuş işığı elektrik enerjisinə çevirə bilir. Güman olunur ki, gələcəkdə bu günəş panelini şüşələrə, binaların digər elementlərinə və hətta smartfonlara inteqrasiya edilə bilər. Bu barədə Techtimes saytı xəbər verib. Məlumatda qeyd edilib ki, sözügedən texnologiya vasitəsilə günəş enerjisindən ictimai istifadə daha əlçatan olacaq. Belə ki, şəffaf fotoelektrik elementlərin unikal özəlliklərindən gündəlik texnologiyalarda istifadə oluna bilər.
        Yaradılmış şəffaf günəş paneli nikel oksidi titan dioksidi laylarından ibarətdir. Titan dioksid (TiO2) ultrabənövşəyi işığı udan komponent rolunu oynayır. Qeyd etmək lazımdır ki, bu material daha öncəki ənənəvi günəş panellərinin yaradılmasında da istifadə olunub. Bununla yanaşı sözügedən material yaxşı elektrik özəlliklərinə sahibdir, zəhərli deyil və istehsalatda tam təhlükəsizdir. Nikel oksid (NiO) isə yüksək optik şəffaflıq özəlliklərinə sahib materialdır. O, aşağı temperaturlu istehsalat prosesi çərçivəsində istehsal olunur. Məlumata əsasən bu iki elementin kombinasiyası öz növbəsində ətraf mühitə zərər vurmayan və istifadədə sadə olan şəffaf batareyanın yaradılmasına imkan verib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər