
Smartfonu hack etməyə imkan verən cihazı necə almaq olar?
Elm & Texnologiya
07.05.2017
Farid
Vice Motherboard saytı çox maraqlı təcrübə keçirdib.
Belə ki, sayt, hüquq-mühafizə orqanlarının, smartfonları
hack etmələri üçün istifadə etdikləri xüsusi cihazı əldə etməyə çalışıb.
Smartfonlar bizim həyatımızın ayrılmaz bir hissəsi olduqları üçün bir çox
kriminalistlər cinayətkarların mobil telefondakı şifrəni qırıb ordakı məlumatları
əldə edirlər. Məlum olduğu kimi isə tələbat, təklif yaradır. "Technote.az"ın "Vice Motherboard"a istinadən verdiyi xəbərə əsasən məlum olub ki, bu
cür cihazı əldə etmək üçün polis işçisi və ya kriminalist olmağa ehtiyac
yoxdur. Sözügedən cihazı hətta hər-hansı bir yoxlanış olmadan belə əldə etmək
olar. Belə ki, satıcıları, alıcıların kimliyi maraqlandırmır. eBay-da müxtəlif
cihaz firewall-larından əlavə həmçinin "Cellebrite” şirkətinin Universal
Extraction Forensics Devices (UFED) cihazını satan satıcı tapılıb. İzrailin
sözügedən şirkəti, kiberkrimialistlər üçün bir sıra məhsullar hazırlayır və çoxlarının
fikrincə məhz bu şirkət, FBI-a terrorçunun iPhone-nun hack olunmasında köməklik
edib.
Şirkətin cihaz və proqram təminatları, mobil telefondan kontaktlar
siyahısı, elektron poçt, qeydlər, zənglər, ismrarıclar, brauzer məlumatlarını və
s. əldə etməyə imkan verir. Həmçinin eBay-da aşkar edilmiş satıcı, UFED
cihazının hərbi əməliyyat ərazilərində istifadə olunan versiyasını da təklif
edir. Jurnalistlər satıcıdan, cihazı alan zaman üstündə lazımi proqram təminatının
olub olmadığını öyrəniblər. Satıcı isə bildirib ki, proqram təminatı internetdə
mövcuddur və onu sadəcə yükləmək lazımdır. "Cellebrite” şirkətinin məhsullarını
satan şəxslər ilk öncə alıcıdan, saytdan qeydiyyatdan keçməyi və saytın qapalı
bölməsində sorğu qoymağı tələb edirlər. Lakin Vice Motherboard jurnalistləri,
özəl xəfiyyələrə müxtəlif məhsulların satışı ilə məşğul olan xüsusi sayt aşkar
ediblər. Həmin saytda isə qiyməti 13.000$ olan UFED Touch Ultimate cihazı
satılır.
Həmin cihaz smartfondakı məlumatları əldə edə, onları poza və
ya telefondakı təhlükəsizlik sərhədini keçə bilir. Jurnalistlər alış üçün tələb
olunan bütün əməliyyatları yerinə yetiriblər. Lakin onlardan, onların əslində
hüquq-mühafizə orqanları ilə bir əlaqələrinin olduqlarını heç kim soruşmayıb. Həmçinin
saytın qaydalar və istifadə şərtləri bölməsindədə bu məhsulların adi adama satılmasının
qadağası barəsində heç bir məzmuna rast gəlinməyib. Bununla yanaşı sayt, şirkətin
məhsullarını satmaq lisenziyasına sahibdir. Bu isə o deməkdir ki, alıcılar mütəmadi
olaraq yenilənmələri əldə edəcək və texniki dəstəyə sahib olacaqlar. Bu kiçik
istintaqın nəticəsində jurnalistlər məsələ ilə bağlı "Cellebrite” şirkətinə
müraciət ediblər. Şirkət isə ənənəvi cavab olaraq lesinziya razılaşmasının, məhsulların
alıb satılmasını qadağan etdiyini qeyd edib.
Paylaş
Bənzər xəbərlər