
Snapchat Facebook'a qarşı vacib kompromatlar yığıb
Elm & Texnologiya
24.09.2019
Emil
Snapchat sosial şəbəkəsinin hüquqşünasları illərlə Facebook barəsində sənədlər yığıblar. Həmin sənədlər “Project Voldemort” layihəsi çərçivəsində yığılıb. Sözügedən sənədlərdə isə Facebook şirkətinin Snapchat sosial şəbəkəsnin inkişafını necə əngəllədiyi barəsində məlumatlar əks olunub. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Hal hazırda ABŞ-ın ticarət üzrə federal komissiyası (FTC) Facebook şirkətinə qarşı antimonopoliya məsələsi üzrə istintaq aparır. Həmin istintaq çərçivəsində Facebook şirkətinin öz rəqiblərini məhv etməsi barəsində sübutlar axtarılır.
Daha əvvəl FTC istifadəçi məlumatlarının Cambridge Analytica şirkəti tərəfindən sızdırılması məsələsinə görə Facebook şirkətini 5 milyard dollar dəyərində cərimələmişdi. Məlumata əsasən son bir neçə ay ərzində FTC-nın əməkdaşları Facebook şirkətinin aldığı texnoloji şirkətlərin, startapların və tətbiqlərin əməkdaşları ilə görüşlər keçirdiblər. Snapchat da FTC ilə əməkdaşlıq edir və ona artıq “Project Voldemort” layihəsi çərçivəsində yığılmış sənədləri təqdim edib.
Həmin sənədlərdə Snapchat hüquqşünasları təkcə Facebook şirkətini Stories paylaşımları funksiyasının kopyalanmasında günahlandırmır. Sənədlərdə həmçinin qeyd olunub ki, Facebook şirkəti axtarışlarda Snapchat ilə əlaqəli olan kontentləri əks etdirmir, #snapchat hashtag-nı bloklayır və məşhur bloggerləri hədələyir ki, əgər onlar öz səhifələrində Snapchat hesablarının linklərini yerləşdirsələr onlar sosial şəbəkənin təsdiq olunmuş istifadəçi hesabı funksiyasından məhrum olacaqlar.
Bununla yanaşı sənədlərdə qeyd edilib ki, Mark Zuckerberg Snapchat-ın yaradıcısı Evan Spiegel ilə görüşlər keçirdib və həmin görüşlərdə Snapchat tətbiqinin Facebook-a satılması təkliflərini edib. Mark Zuckerberg bildirib ki, əks halda o, Facebook şirkətinin məşhur funksiyaları kopyalaması ilə barışmalı olacaq. Hələ avqust ayında The Verge saytı xəbər vermişdi ki, Facebook şirkəti Threads adlı yeni mesajlaşma tətbiqini hazırlayır və funksional baxımından o, Snapchat-a bənzəyəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
