
Snapdragon 8 Gen 3 prosessoru barəsində ilk məlumatlar verilib
Elm & Texnologiya
15.02.2023
Emil
Digital Chat Station ləqəbli məşhur insayder Qualcomm-un bu il təqdim edəcəyi Snapdragon 8 Gen 3 flaqman prosessoru barəsində ilk məlumatları təqdim edib. İnsayderin sözlərinə əsasən keçən ildən fərqli olaraq bu il Qualcomm öz yeni flaqman prosessorunu daha tez təqdim edəcək. Qeyd etmək lazımdır ki, hal hazırda bir çox flaqman Android smartfonda istifadə edilən Snapdragon 8 Gen 2 prosessoru keçən il 15 noyabr tarixində təqdim edilmişdi. Digital Chat Station-un sözlərinə əsasən Qualcomm bu il Snapdragon 8 Gen 3 prosessorunu oktyabr ayında təqdim edəcək.
Sözügedən prosessora sahib ilk smartfonlar isə ilin sonuna kimi təqdim olunmalıdırlar. Yeni flaqman prosessorun texniki özəllikləri barəsində hələ heç bir məlumat yoxdur. Bəzi məlumatlara əsasən Sanpdragon 8 Gen 2 ilə müqayisədə Snapdragon 8 Gen 3 modeli 20% daha yüksək enerji effektivliyi sərgiləyəcək və 25% daha sürətli olacaq. Bununla yanaşı internetdə Snapdragon 8 Gen 3-ün mühəndis versiyasının Geekbench bençmark saytındakı test nəticələri ortaya çıxıb. Geekbench-in bir nüvəli testi çərçivəsində prosessor 1930 xal, çox nüvəli testi çərçivəsində isə 6236 xal toplayıb. Lakin bu Geekbench nəticələrinin həqiqətən də Snapdragon 8 Gen 3-ə məxsus olub-olmadıqları insayderlər tərəfindən təsdiqlənməyib.
Paylaş
Bənzər xəbərlər