Logo
    main-post-cover

    Snapdragon 8 Gen 3-ün qrafik çipi olduqca güclü olacaq

        Hələ bir neçə həftə bundan öncə Qualcomm-un növbəti flaqman prosessoru olacaq Snapdragon 8 Gen 3-ün texniki özəllikləri barəsində məlumat ortaya çıxmışdı. Qeyd etmək lazımdır ki, bu prosessor gələn ilin əvvəlində satışa çıxacaq flaqman Android smartfonların əsaslarını təşkil edəcək. Verilmiş yeni məlumata əsasən Qualcomm Snapdragon 8 Gen 3 prosessoruna sahib prototiplərin testlərinə artıq start verib.
        Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən test edilən prototiplərin sərgilədikləri performans göstəriciləri diqqət çəkir. İnsayder bildirib ki, yeni flaqman prosessorun tərkibində olacaq Adreno 750 adlı qrafik çipin performans göstəricisi 50% yüksəlib. Nəzərə alsaq ki, hətta Snapdragon 8 Gen 2-nin qrafik çipi öz göstəricilərinə görə A16 Bionic-i geridə qoyur, belə qənaətə gəlmək olar ki, Snapdragon 8 Gen 3 ilə A17 Bionic arasında qrafik imkanlar üzrə fərq daha böyük olacaq. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 3-ün noyabr ayında təqdim ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər