Snapdragon 855 flaqman prosessoruna sahib olacaq ilk smartfonun adı açıqlandı

Snapdragon 855 flaqman prosessoruna sahib olacaq ilk smartfonun adı açıqlandı

Texnologiya
06.12.2018 PAYLAŞIM

    Qualcomm şirkəti dünən Snapdragon 855 adlı yeni flaqman prosessoru təqdim etdi. Bugün isə bu yeni prosessoru ilk əldə edəcək smartfon modelinin adı açıqlandı. Beləliklə yeni flaqman prosessoru ilə təchiz olunacaq ilk smartfon modeli OnePlus 2019 olacaq. Bu barədə Qualcomm şirkətinin CEO-su Pete Lau Snapdragon Tech Summit tədbirində bildirib. O qeyd edib ki, OnePlus 2019 smartfonu Avropada 5G şəbəkəsinə sahib ilk smartfon modeli olacaq.

    Bunun üçün OnePlus şirkəti İngiltərənin EE adlı mobil operatoru ilə əməkdaşlıq edir. Qeyd etmək lazımdır ki, söhbət, OnePlus 7 smartfon modelindən getmir. 5G şəbəkəsi üçün şirkət yeni smartfon seriyasını istehsal edəcək. Beləliklə çox güman ki, OnePlus şirkətinin yeni smartfon modeli gələn ay təqdim olunacaq. Bununla yanaşı şirkət hal hazırda McLaren avtomobil şirkəti ilə birlikdə OnePlus 6T McLaren Edition adlı özəl smartfon modeli üzərində çalışır. Bəzi məlumatlara görə o, 10 GB RAM-a sahib olacaq.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Cənubi Koreyanın uşaq bağçalarında uşaqların tərbiyələri ilə smart robotlar məşğ..

Cənubi Koreyanın paytaxtı Seulda yerləşən uşaq bağçalarında robotlar təhsil bələdçiləri rolunda da ç..


Xiaomi öz elektromobillərinin istehsalı üçün fərdi zavodunu inşa edəcək..

Bu ilin mart ayında Xiaomi şirkəti rəsmi olaraq elektromobil bazarına daxil olacağını elan etmişidi...


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..

×