main-post-cover

    Qualcomm şirkəti rəsmi olaraq Snapdragon 855 mobil prosessorunu təqdim etdi

    Elm & Texnologiya
    05.12.2018
    Farid Pardashunas
        Qualcomm şirkəti flaqman smartfonlar üçün özünün yeni prosessor modeli olan Snapdragon 855-i təqdim etdi. Yeni prosessorun 7 nanometrlik texnoloji proses sayəsində hazırlanmasından əlavə olaraq o, yenilənmiş arxitektura, oyun imkanlarının və yeni nəsil süni zəka alqoritmlərinin dəstəyini və 5G modemini əldə edib. Yeni texnoloji prosesə keçid sayəsində Snapdragon 855 prosessoru enerji sərfiyyatı baxımdan daha effektiv olub və hətta intensiv yüklənmələr zamanı da qızmır. Yeni 8 nüvəli prosessor 3 klasterli arxitektura əsasında qurulub: 2.84 GHz tezlikli bir “qızılı” nüvə, 2.42 GHz tezlikli 3 ədəd yüksək performansli nüvə və 1.78 GHz tezlikli 4 ədəd enerji baxımdan effektivli 4 nüvə.

        Yeni prosessorda mobil oyunlardakı imkanlardan Adreno 640 qrafik sürətləndirici cavabdehdir. Bu qrafik sürətləndirici həmçinin Snapdragon Elite Gaming texnologiyasını da dəstəkləyir. Bu texnologiya barəsində əlavə məlumat bir qədər sonra veriləcək. Yeni prosessorun əsas fərqləndirici özəlliklərindən biri də onun 5G şəbəkəsini dəstəkləməsidir. Məlumata əsasən bunun sayəsində yeni mobil platforma 2 Gbit-ə kimi bağlantı sürətini təmin edir. Daha bir özəllik isə Snapdragon 855-in ekrana inteqrasiya olunan Qualcomm 3D Sonic Sensor barmaq izi skanı texnologiyasını dəstəkləməsidir. Məlumata əsasən bu texnologiya hətta qəliz skan vəziyyətlərində də istifadəçi barmağının dəqiq skanını reallaşdıra biləcək.

        Bundan əlavə olaraq ultrasəs biometrik skaneri təhlükəsizlik baxımdan optik biometrik skanerdən daha üstündür. Digər şirkətlərdən fərqli olaraq Qualcomm şirkətinin texnologiyası istifadəçi barmağının relyefini səs dalğaları vasitəsilə skan edir. Buna görə də skan sistemini barmaq izinin əks olunduğu foto ilə aldatmaq qeyri-mümkündür. Snapdragon 855-in süni zəka alqoritmlərinin performans göstəriciləri əvvəlki prosessor modelindəkindən 3 dəfə daha böyükdür. Buna isə dördüncü nəsil neyron şəbəkə hesablama (NPU) blokundan istifadə sayəsində nail olunub. Məlumata əsasən rəqiblərdən fərqli olaraq (Huawei Kirin 980Apple A12 Bionic) yeni prosessorda süni zəka hesablamalarının sürəti iki dəfə yüksəlib.

        Prosessorun tərtibatçıları həmçinin əsas diqqəti həmdə VR (virtual reallıq) və AR (artırılmış reallıq) texnologiyalarına da ayırıblar. 5G şəbəkələrində məlumatların yüksək sürətlə ötürülməsini nəzərə alaraq tərtibatçılar sözügedən texnologiyalar əsasında oyunların və kommersiya məqsədli tətbiqlərin yaradılmasında daha çox imkanlara sahib olacaqlar. Məsələn prosessorun AR imkanlarından istifadə, Snapdragon 855 əsaslı smartfon kameralarındakı imkanları genişləndirəcək. Təsvirlərin emal olunması üçün nəzərdə tutulmuş Computer Vision adlı prosessor pis işıqlandırılmış mühitdə çəkilişlər üçün nəzərdə tutulub. Snapdragon 855 haqqında əlavə məlumatlar isə Qualcomm-un növbəti günündə baş tutacaq konfransında veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər