Logo
    main-post-cover

    Snapdragon 8+ Gen 2 prosessoru bazarda tam fərqli bir adla təqdim olunacaq

        Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən bu il bizləri Snapdragon 8+ Gen 2 prosessoruna sahib çoxlu sayda yeni smartfon gözləyir. Sözügedən prosessor adi Snapdragon 8 Gen 2-nin bir qədər sürətləndirilmiş versiyası olmalıdır. Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Qualcomm şirkəti öz yeni prosessorunun adında dəyişiklik edəcək. Yəni yeni prosessor bazara Snapdragon 8+ Gen 2 adı ilə satışa çıxmayacaq. Lakin prosessorun dəqiq şəkildə necə adlanacağı tam aydın deyil. Bununla yanaşı insayder bildirib ki, yeni prosessor 3.36 GHz çalışma tezliyi çərçivəsində diqqət çəkəcək dərəcədə performans sərgiləyəcək. Lakin smartfonların heç də çoxu bu prosessorla təchiz olunmayacaq. Səbəb isə prosessorun  yüksək satış qiymətindədir.
    Paylaş
    Bənzər xəbərlər