main-post-cover

    SoftBank 108 milyard dollarlıq investisiya vəsaitinə sahib olacaq Vision Fund 2 fondunu yaratdı

    Elm & Texnologiya
    26.07.2019
    Emil Nəcəfov
        Yaponiyanın SoftBank korporasiyası Vision Fund 2 adlı investisiya fondunun yaradıldığını elan etdi. İkinci fond 108 milyard dollarlıq investisiya vəsaitinə sahib olacaq. Bu fond ilk növbədə süni zəka texnologiyası ilə məşğul olan şirkətlərə investisiya yatıracaq. Bu barədə Techcrunch saytına istinadən Vc.ru saytı xəbər verib.
        Vision Fund 2 investisiya fondunun 108 milyard dollarlıq investisiya vəsaitinin 38 milyard dollarını SoftBank özü təmin edəcək. Yerdə qalan vəsaitləri isə Apple, Microsoft, Foxconn kimi şirkətlər ilə digər fond və texnoloji şirkətlərin yatıracaqları gözlənilir. Hal hazırda SoftBank əməkdaşlıq məsələsində bir neçə şirkətlər ilə danışıqlar aparır və nəticədə investisiya vəsaiti 108 milyard dollardan çox ola bilər.
        SoftBank-ın 100 milyard dollarlıq investisiya vəsaitinə sahib ilk Vision Fund fondu 2017-ci ildə yaradılmışdı. Birinci fondun əsas investoru qismində Səudiyyə Ərəbistan çıxış etmişdi. Belə ki, həmin vaxtda Səudiyyə Ərəbistan fonda 45 milyard dollar investisiya yatırmışdı. Bu ilin iyun ayında məlumat verilmişdi ki, SoftBank ümumilikdə 64.2 milyard dollar vəsait xərcləyərək 71 investisiya reallaşdırıb. Əsasən fond WeWork, Uber Slack kimi şirkətlərə investisiya yatırıb.
    Linki kopyala