SpaceX 2 ildən sonra Starship kosmik gəmisinin Marsa ilk pilotsuz uçuşunu planlaşdırır
Elm & Texnologiya
09.09.2024
Emil Nəcəfov
Elon Musk-ın vermiş olduğu məlumata əsasən onun SpaceX şirkəti Starship kosmik gəmisinin Marsa ilk pilotsuz uçuş missiyasını 2026-cı ilin sonunda reallaşdırmağı planlaşdırır. Belə ki, həmin zaman aralığında Yer kürəsi ilə Mars arasında məsafə daha kiçik olacaq. Belə hal hər 26 aydan bir yaşanır. Bu isə Marsa uçuş missiyasının reallaşdırılması üçün ideal şəraitdir. Musk bildirib ki, Starship-in Marsa reallaşdırılması planlaşdırılan pilotsuz uçuş missiyası çərçivəsində şirkət kosmik gəminin planet səthinə eniş prosesini test edəcək. Onun sözlərinə əsasən əgər eniş missiyası ilə bağlı test uğurla yekunlaşsa, Marsa astronavtları özündə birləşdirəcək kosmik gəmi artıq 4 ildən sonra göndərilə bilər.
Bunun baş verməsindən sonra isə Marsa uçuş missiyalarının sayı sürətlə artmağa başlayacaq. Bununla yanaşı SpaceX-in əsas məqsədlərindən biri də Marsa daşınılan yükün daşınma xərclərinin azaldılmasıdır. Hal-hazırda Marsa 1 ton yükün daşınması 1 milyard dollara başa gəlir. SpaceX isə bu qiyməti 1 ton yük üçün 100 000$-a kimi endirmək istəyir. Bu halda Marsa daha çox yük daşımaq mümkün olacaq. Musk hesab edir ki, artıq 20 ildən sonra Mars səthində şəhərcik fəaliyyət göstərəcək. Şəhərciyin inşası üçün lazım olan materialların Marsa daşınması üçün isə daşınma xərclərinin aşağı salınması mütləqdir. Qeyd etmək lazımdır ki, SpaceX şirkəti Starship-i təkcə Mars üçün deyil, həmçinin Aya astronavtların və yüklərin çatdırılmasında da istifadə etməyi planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Starlink peyk interneti təyyarədə test edilib (VİDEO)
Starlink peyk interneti təyyarədə test edilib (VİDEO)
The Wall Street Journal jurnalisti təyyarədə peyk internetinin hansı səviyyədə çalışdığını yoxlamaq qərarına gəliblər.
Starlink smartfonlarda pulsuz SOS xidmətini istifadəyə verəcək
Starlink smartfonlarda pulsuz SOS xidmətini istifadəyə verəcək
Elon Musk elan edib ki, SpaceX şirkətinin Starlink adlı peyk interneti layihəsi bütün dünyada pulsuz şəkildə təcili SOS xidmətini istifadəyə verəcək.
Özəl şirkətlərin kosmik uçuş sayları 4 ildən sonra 2 dəfə çoxala bilər
Özəl şirkətlərin kosmik uçuş sayları 4 ildən sonra 2 dəfə çoxala bilər
ABŞ Federal Aviasiya İdarəsinin (FAA) gözləntilərinə əsasən lisenziyalı kosmik uçuşların sayı hər il sürətlə artmaqda davam edəcək.
Elon Musk, Starship-in inşa edildiyi zavodu sərgiləyib (VİDEO)
Elon Musk, Starship-in inşa edildiyi zavodu sərgiləyib (VİDEO)
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, SpaceX şirkəti Texas ştatının Boka-Çika adlı kəndi yaxınlığında yerləşən Starbase adlı kosmodromunda Starfactory adlı zavodu istifadəyə verib.
SpaceX dünyanın ikinci ən bahalı özəl şirkəti ola bilər
SpaceX dünyanın ikinci ən bahalı özəl şirkəti ola bilər
Kosmik uçuşlar sahəsində heç də az olmayan sayda nailiyyətlər əldə etmiş SpaceX şirkəti özəl şirkət olaraq qalır.
Həftənin xəbərləri
Alimlərin fikrincə, Marsın itirilmiş atmosferi əslində gözlərimizin önündə gizlənmiş ola bilər!
Samsung Galaxy S24 FE rəsmi şəkildə təqdim olunub - QİYMƏTİ