main-post-cover

    SpaceX hər gün bir ədəd Starship istehsal edə biləcək zavodu inşa edib

    Elm & Texnologiya
    10.06.2024
    Farid Pardashunas
         SpaceX şirkətinin Starbase adlı aerokosmik bazası Texas ştatının Boka-Çika şəhərinin yaxınlığında yerləşir. Yaxın zamanda bu bazanın ərazisində 100 milyon dollar dəyərində Starfactory adlı yeni istehsalat müəssisəsi işə düşəcək. Bu müəssisə SpaceX şirkətini 9000 kvadrat metrdən çox zavod sahəsi ilə təmin edəcək. Sözügedən zavod SpaceX-ə çox iddialı bir məqsədə çatmaqda yardımçı olmalıdır. Söhbət, hər gün 1 ədəd Starship kosmik gəmisinin istehsalından gedir. Məlumata əsasən Starfactory adlı zavodun inşasına bu ilin fevral ayında start verilmişdi.
         Yay fəsli ərzində zavod artıq istifadəyə verilməlidir. SpaceX öz növbəsində Starfactory zavodunu Starship-in Version 2 adlı yeni versiyasının hazırlanmasında istifadə edəcək. Məlumata əsasən Starship-in birinci versiyası ilə müqayisədə ikinci versiyasının istehsalı daha asan başa gəlir. Məlumatda həmçinin qeyd edilib ki, Starship-in ikinci versiyası özündə daha çox yanacağı birləşdirə bilir və onun çəkisi yanacaqsız olduqca aşağıdır. Üstəlik ikinci versiya daha etibarlıdır. Kosmik gəminin ikinci versiyasının konstruksiyasında bəzi aerodinamik dəyişikliklər də edilib. Məsələn onun ön hissəsindəki qapaqlar daha fərqli yerləşirlər. Bu isə Starship Version 2-ni daha etibarlı etməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    SpaceX şirkəti Starship-in dördüncü uçuş cəhdini uğurla yekunlaşdırıb (VİDEO)
    spacex-sirketi-starship-in-dorduncu-ucus-cehdini-ugurla-yekunlasdirib-video
    Starship-in dördüncü kosmik uçuş cəhdi iyun ayının əvvəlində baş tuta bilər
    starship-in-dorduncu-kosmik-ucus-cehdi-iyun-ayinin-evvelinde-bas-tuta-biler
    Starship-in dördüncü test uçuşu yaxın 3-5 həftə baş tuta bilər
    starship-in-dorduncu-test-ucusu-yaxin-3-5-hefte-bas-tuta-biler
    SpaceX açıq kosmosa çıxış üçün nəzərdə tutulmuş yeni skafandrını təqdim edib (VİDEO)
    spacex-aciq-kosmosa-cixis-ucun-nezerde-tutulmus-yeni-skafandrini-teqdim-edib-video
    SpaceX şirkəti kosmik turizm biznesini işə salmağa hazırlaşır
    spacex-sirketi-kosmik-turizm-biznesini-ise-salmaga-hazirlasir