
SpaceX-in Crew Dragon kosmik gəmisi BKS-dən olan yükü uğurla Yer kürəsinə çatdırıb
Elm & Texnologiya
13.04.2020
Elon Musk-ın SpaceX şirkəti kosmosun mənimsənilməsi üzrə olan planlarının ciddiliyini dəfələrlə sübut edib. Son zamanlarda şirkət bəzi uğursuzluqlarla qarşılaşsa da Crew Dragon kosmik gəmisi BKS-ə (Beynəlxalq Kosmik Stansiya) ilk turistləri göndərməyə hazırlaşır. Dünən şirkət daha bir uğura imza atıb. Belə ki, şirkətin kosmik gəmisi 30 gün ərzində BKS-ə bitişik vəziyyətdə qalandan sonra o, Yer kürəsinə uğurlu şəkildə qayıdıb.
Bu barədə Slashgear saytı xəbər verib. Qeyd etmək lazımdır ki, şirkətin gəmisi xüsusi robotlaşdırılmış qol vasitəsilə BKS-ə bitişik şəkildə qalıb. Beləliklə BKS-də keçirilmiş təcrübə nəticələrinin sahib olduğu təchizatların və astronavtların xüsusi mesajlarının Crew Dragon-a yerləşdirilməsindən sonra o, Kaliforniya yaxınlığında okeana düşüb. SpaceX şirkəti missiyanın uğurlu keçdiyini və kosmik aparatın daxilində olmuş yükün təhlükəsiz çatdırılmasını bildirib.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...