main-post-cover

    SpaceX-in Crew Dragon kosmik gəmisi BKS-ə ilk daimi reysi reallaşdırdı (VİDEO)

    Elm & Texnologiya
    16.11.2020
    Farid Pardashunas
        SpaceX şirkəti daxilində 4 nəfər astronavtın olduğu Crew Dragon kosmik gəmisini uğurla Yer kürəsnin orbitinə göndərib. Qeyd etmək lazımdır ki, bu, Crew Dragon üçün ikinci idarəolunan uçuş missiyasıdır. Bu barədə The Verge saytı xəbər verib. Sözügedən kosmik gəmi Falcon 9 raketi vasitəsilə kosmodromdan start götürüb. Crew Dragon-1 daxilində Yer kürəsinin orbitinə yollanmış şəxslər arasında 3 nəfər NASA astronavtı və 1 nəfər Yaponiyanın aerokosmik tədqiqatlar agentliyinin astronavtı var. 
        Kosmik gəmini Yer kürəsinin orbitinə göndərəndən sonra Falcon 9 raketi uğurla Yer kürəsinə geri qayıdıb. Növbəti mərhələdə SpaceX şirkəti bu raketi Crew Dragon-2 kosmik gəmisinin uçuş missiyasında istifadə etməyi planlaşdırır. Yer kürəsinin orbitinə göndərilmiş Crew Dragon-a gəldikdə isə o, BKS (Beynəlxalq Kosmik Stansiya) ilə birləşməzdən öncə 1 sutkadan bir qədər çox müddətdə kosmosda qalacaq. Daha sonra isə onun daxilində olan astronavtlar BKS-in heyətinə qoşulacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər