main-post-cover

    SpaceX kosmonavtika tarixinin ən hündür raketini inşa edib

    Elm & Texnologiya
    09.08.2021
    Farid Pardashunas
        Keçən həftə SpaceX şirkəti 29 ədəd Raptor mühərrikinə sahib Super Heavy raketini sərgiləmişdi. İndi isə şirkət rekord hündürlüyə sahib yeni Starship prototipini sərgiləyib. Belə ki, SpaceX iki pilləli Starship (birinci pillə - Super Heavy sürətləndiricisi / ikinci pillə - Starship-in özü) raketinin tam miqyaslı prototipini yaradıb. Raketin yığılmasından sonra onun hündürlyü 145 metr təşkil edib. Bu isə indiyənə kimi kosmonavtika sahəsində təqdim edilmiş raketlər arasında ən rekord hündürlük göstəricisidir. Bu cür miqyasa sahib sistemin qurulması SpaceX-in Texas ştatındakı mərkəzində reallaşdırılıb. Şirkət təmsilçiləri bildiriblər ki, bu sistem insan tarixinin ən hündür raketidir.
        Beləliklə Falcon Heavy və ona bitişik olan kosmik gəmininin ümumi hündürlüyü 120 metr təşkil edir. Lakin start meydançası ilə birlikdə konstruksiyanın ümumi hündürlüyü 145 metr təşkil edir. Müqayisə üçün qeyd etmək lazımıdır ki, Xeops ehramının hündürlüyü 139 metr-dir. Raketin özü 29 ədəd Raptor mühərriki ilə təchiz olunub. Kosmik gəmi isə ayrıca 6 ədəd mühərrikə sahibdir. Lakin yaxın zamanda sözügedən prototipin uçuş testlərinin aparılması planlaşdırılmır. Şirkət mühəndisləri ilk öncə mühərriklərin yerüstü testlərini reallaşdıracaqlar. Yüksək hündürlüyə sahib raketin ilk uçuş testi barəsində məlumatı SpaceX bu ilin sonuna yaxın verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər