SpaceX şirkəti 250 milyon dollar investisiya əldə etməyi planlaşdırır

SpaceX şirkəti 250 milyon dollar investisiya əldə etməyi planlaşdırır

Texnologiya
22.02.2020 PAYLAŞIM

    CNBC saytı SpaceX şirkətinin 250 milyon dollar investisiya əldə etmək planından xəbər verib. Məlumata əsasən sözügedən investisiya şirkətin hal hazırki investorlarının paylarının alınması formatında baş tutacaq. Bunun olacağı halında şirkətin bir səhmi 220$ qiymətində alınacaq. Şirkətə investisiya yatıracaq yeni investorun adı bilinmir. Qeyd etmək lazımdır ki, daha öncədən SpaceX-ə Founders Fund, Google, Valor Equity Partners şirkətləri və Ontario Teachers Pension Plan adlı pensiya fondu investisiya yatırmışdılar.

    Ümumilikdə SpaceX şirkəti 2019-cu il üzrə 1.3 milyard dollar investisiya əldə etmişdi. Əgər yeni investiisya raundu baş tutsa, şirkətin bazar dəyəri 33.3 milyard dollardan 36 milyard dollara yüksələcək. Məlumata əsasən SpaceX yeni investisiya raundunu mart ayının ikinci həftəsindən tez bağlamayacaq. CNBC onu da qeyd edib ki, yeni investisiya raundunun şərtləri dəyişə də bilər. Qeyd etmək lazımdır ki, hal hazırda SpaceX şirkəti 3 böyük layihə üzərində çalışır:

Bənzər xəbər


- Crew Dragon: Bu, NASA-nın, astronavtları BKS-ə (Beynəlxalq Kosmik Stansiya) göndərəcəyi kosmik gəmidir

- Starlink: Peyklər vasitəsilə yüksək sürətli qlobal internet şəbəkəsinin yaradılması. Şirkət artıq Yer kürəsinin orbitində 300 ədəd peyki yerləşdirib. Plana əsasən isə Yer kürəsinin orbitində 1200 ədəd peyk yerləşməlidir

- Starship: 100-ə yaxın sərnişini Marsa və Aya çatdırmaq potensialına sahib çoxmərhələli raket.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple 2030-cu ildə AR funksiyalara sahib kontakt linzalar təqdim edəcək

Apple şirkətinin məhsulları barəsində proqnozları ilə tanınan məşhur analitik Ming-Chi Kuo Apple şir..


Microsoft Edge brauzeri riyazi tapşırıqları həll etməyi öyrənib

Microsoft özünün Edge brauzeri üçün çox faydalı bir funksiyanı test edir.


Analitiklər elektromobillər ilə adi avtomobillərin ətraf mühitə verdikləri zərər..

Elektrikli mühərrikə sahib avtomobillər hər il məşhurlaşmağa davam edirlər.


Tesla-nın 5-ci səviyyəli avtopilot sistemi gözlənildiyindən daha tez istifadəyə ..

Twitter-dəki abunəçiləri ilə söhbət edən zaman Elon Musk Tesla elektromobillərində nə zaman tam avto..


Samsung-un yeni texnologiyası mobil internetdə rekord sürət əldə etməyə imkan ve..

Samsung-un yeni texnologiyası smartfonlarda məlumatların ötürülməsi üzrə rekord sürət əldə etməyə im..


Alphabet holdinqi insanın eşitmə qabiliyyətini üst səviyyəyə yüksəldəcək cihaz ü..

İnsayderlərin verdikləri məlumata əsasən Google şirkətinin sahibi olan Alphabet holdinqi daşınıla bi..

×