main-post-cover

    SpaceX şirkəti Starlink layihəsinin 60 ədəd peykini uğurla Yer kürəsinin orbitinə çatdırdı (VİDEO)

    Elm & Texnologiya
    24.05.2019
    Farid Pardashunas
        Özündə 60 ədəd peyki birləşdirmiş Falcon 9 raketinin uçuşu uğurla yekunlaşıb. Bu, Elon Musk-ın qlobal internet yayımını özündə əks etdirən Starlink layihəsinin ilk mərhələsidir. Bununla yanaşı bu, potensial olaraq SpaceX şirkətinin ən gəlirli layihəsi ola bilər. Bu barədə Hightech.plus saytı xəbər verib. Özündə 60 ədəd peyki birləşdirən Falcon 9 raketinin uçuşunu hələ 15 may tarixindən bu yana reallaşdırmağa çalışırdılar. Lakin hava vəziyyəti buna mane olurdu. Lakin nəhayət bugün Falcon 9 raketi Floridanın Kanaveral zonasından uğurlu şəkildə start götürdü və 60 ədəd peyki Yer kürəsinin orbitinə çatdırdı.
        Falcon 9 öz işinin öhdəsindən çox yaxşı gəldi. Raketin artıq üçüncü dəfə istifadə olunmuş birinci pilləsi isə uğurlu şəkildə su platformasına eniş etdi. Musk-ın sözlərinə əsasən onu ən çox narahat edən məsələ peyklərin raketdən ayrılması üsulu idi (onların tək-tək ümumi karkasdan ayrılmaları). SpaceX şirkəti bildirib ki, planın bu hissəsi də uğurla keçib. İndi isə hər bir peyk öz günəş panellərini açaraq işə başlamalıdır. Perspektiv baxımından Starlink Yer kürəsinin ən böyük peyk şəbəkəsi olmalıdır. Belə ki, Yer kürəsinin orbitində 12.000 ədəd peykin və Yer səthində milyona yaxın baza stansiyasnın yerləşdirilməsi planlaşdırılır.

        Bəzi peyklər daha aşağı orbitdə dövr edəcəklər. Bunun sayəsində isə internet siqnalının gecikməsi problemi həll olunacaq. Bu, Yer kürəsinin orbitində ən irimiqyaslı layihə olmaqla yanaşı həm də çox gəlirli olmaq potensialına sahibdir. Belə ki, internet siqnalı yayımı bazarı hər il 100 milyard dollardan çox dəyərdə qiymətləndirilir. Elon Musk-ın öz hesablamalarına əsasən SpaceX şirkəti Yer kürəsinin orbitinə peyk göndərilməsindən ildə 3 milyard dollar, internet siqnalının yayımından isə 30 milyard dollar qazana bilər.
        Daha öncədən Musk bildirmişdi ki, bu layihənin iqtisadi baxımdan uğurlu olması üçün Yer kürəsinən orbitinə minimum 1000 ədəd peyk göndərmək lazımdır. Bu cür tapşırığı indiyənə kimi heç bir özəl aerokosmik şirkət reallaşdırmayıb. Bryce Space and Technology şirkətinin məlumatına əsasən hal hazırda Yer kürəsinin orbitində bütün peyk operatorlarının ümumilikdə 2100 ədəd işlək peyki var. May ayının əvvəlində SpaceX şirkətinin prezidenti Gwynne Shotwell bildirmişdi ki, bu il ərzində şirkət Starlink layihəsi çərçivəsində 3-7 missiyanın reallaşacağını planlaşdırır. Musk onu da qeyd edib ki, şirkət Yer kürəsinin orbitinə ildə 2000 ədəd peyk göndərmək potensialına malikdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər