main-post-cover

    SpaceX, Starlink internetinin sürətini artırıb: Yeni test nəticələri

    Elm & Texnologiya
    11.09.2020
    Farid Pardashunas
        Elon Musk-ın Starlink peyk interneti layihəsi bağlantı keyfiyyətini yüksəltməyə və əhatəsini genişləndirməyə davam edir. Yer kürəsinin orbitinə növbəti partiya internet peyklərinin göndərilməsindən sonra internetdə Starlink-in yenilənmiş bağlantı sürəti barəsində məlumatlar ortaya çıxıb. Əvvəlki testlərə nisbətən yenilənmiş nəticələr diqqət çəkirlər. Bu barədə Mashable saytı xəbər verib. Məlumata əsasən internet bağlantısının yeni testləri Ookla Speedtest servisində aparılıb. Nəticələr isə belədir:
        Starlink şəbəkəsinin download sürəti saniyədə 102-103 Mbit, upload sürəti saniyədə 40-42 Mbit, ping-i isə 18-19 millisaniyə təşkil edib. Hal hazırda Yer kürəsinin orbitində hal hazırda 700-dən çox Starlink peyki mövcuddur. Bu isə bağlantı keyfiyyətini və internet sürətini artırıb. SpaceX dokumentasiyasına əsasən hər dəfə Yer kürəsinin orbitinə internet peyklərinin göndərilməsi sayəsində Starlink-in əhatə radiusu genişlənir. Layihənin əsas məqsədi isə Yer kürəsinin orbitində minlərlə internet peykini yerləşdirmək və bütün dünyanı saniyədə 1 Gbit-lik internetlə təmin etməkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər