
SpaceX Starship-i orbital kosmik stansiyaya çevirməyi hədəfləyib
Elm & Texnologiya
31.07.2023
Emil
SpaceX şirkəti yeni iddialı plana sahibdir. Belə ki, şirkət Starship raketini BKS-in (Beynəlxalq Kosmik Stansiya) əvəzləyicisi kimi orbital kosmik stansiyaya çevirmək niyyətindədir. Bu istiqamətdə işlər Collaborations for Commercial Space Capabilities (CCSC) proqramı çərçivəsində aparılacaq. Bu proqram isə öz növbəsində kosmosu böyük və kiçik şirkətlər üçün əlçatan edəcək. Starship üçün artıq müəyyən məqsədlər təyin edilib. Kosmosa böyük ölçülü ağır yüklərin daşınması, Yer kürəsinin orbitinə Starlink peyklərinin çatdırılması, astronavtların “Artemis-3” missiyası çərçivəsində Aya çatdırılması və gələcəkdə insanların Marsa göndərilməsi.
Lakin raketin daxili hissəsini astronavtların yaşayışları üçün nəzərdə tutulmuş germetik məkana çevrilməsi tamamilə gözlənilməz bir yenilikdir. Məsələyə obyektiv baxan zaman görmək olar ki, Starship-in kabini insanların Yer kürəsinin orbitində yerləşmələrini dəstəkləmək üçün lazımlı hər bir şeyə sahibdir. Şirkət həmçinin Starship-in bir neçə əlavə yanacaq bakını astronavtların yerləşmələri üçün nəzərdə tutulmuş modula da çevirə bilər. Şirkət ilə NASA arasında bu mövzu ilə bağlı müqavilə hələ 15 iyun tarixində bağlanıb. Layihənin nə zaman reallaşdırılacağı isə bilinmir.
Paylaş
Bənzər xəbərlər