Logo
    main-post-cover

    SpaceX Starship-in ən vacib sınağını uğurla keçdi

        SpaceX şirkəti Starship raketinin 13-cü sınaq uçuşunu uğurla başa vurub. Şirkətin açıqladığı nəticələrə görə, bu missiyanın ən vacib nailiyyəti orbitə 20 peykin çıxarılması deyil, raketin atmosferə qayıtdıqdan sonra tam şəkildə salamat qalması olub. Starship ABŞ-nin Texas ştatındakı Starbase kosmodromundan havaya qalxıb. Uçuş zamanı raket atmosferə yenidən daxil olaraq istilik qoruyucu örtüyünün sınağını uğurla keçib. Daha sonra qanadcıqların köməyi ilə trayektoriyasını idarə edib, üç Raptor mühərrikini yenidən işə salaraq eniş manevrini həyata keçirib və Hind okeanına yumşaq eniş edib.
    SpaceX launches Starship on latest test flight with Starlinks | AP News
        SpaceX bildirir ki, bu, şirkətə ilk dəfə olaraq atmosferdən keçdikdən sonra zədələnmədən qalan istilik qoruyucu örtüyünü ətraflı şəkildə analiz etmək imkanı verib. Bu məlumatlar gələcəkdə tam təkrar istifadə oluna bilən Starship raketlərinin hazırlanması üçün böyük əhəmiyyət daşıyır. Missiya çərçivəsində ilk dəfə 20 ədəd Starlink V3 peyki də orbitə buraxılıb. Şirkət bütün peyklərlə radio və lazer rabitəsi quraraq telemetriya məlumatlarını əldə edib. Lakin bu peyklərin orbitdə qalması planlaşdırılmayıb və onlar buraxıldıqdan təxminən 20 dəqiqə sonra atmosferə daxil olaraq məhv olublar.
    Paylaş