
SpaceX Starship-in növbəti uçuşuna hazırlaşır
Elm & Texnologiya
19.12.2023
Emil
Starship-in ikinci uçuş cəhdinin keçirilməsindən bir ay keçməsinə baxmayaraq SpaceX şirkəti artıq növbəti uçuş cəhdinə hazırlaşır. Qeyd etmək lazımdır ki, Starship-in ikinci uçuş cəhdi iki partlayış ilə yekunlaşdı. SpaceX bildirib ki, növbəti uçuş cəhdində istifadə ediləcək sürətləndirici raket və Starship-in üst pilləsi artıq Starbase kosmodromunda quraşdırılıb. Növbəti uçuş cəhdindən öncə şirkət onların testlərini reallaşdıracaq. Qeyd etmək lazımdır ki, Starship-in ikinci uçuş cəhdi 18 noyabr tarixində baş tutmuşdu. Üçüncü uçuş cəhdinin reallaşdırılması üçün Starship-in texniki tərəfdən hazır olması kifayət etmir. Belə ki, şirkət üstəlik nizamlayıcı orqanlardan müvafiq icazələri əldə etməlidir. Burdan da belə qənaətə gəlmək olar ki, Starship-in üçüncü uçuş cəhdi böyük ehtimal ilə 2024-cü ilin birinci yarısında baş tutacaq.



Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
