
Starship-in sabah ikinci uçuş cəhdi baş tutacaq
Elm & Texnologiya
16.11.2023
Starship-in ilk orbital uçuşunun ikinci cəhdinin reallaşdırılmasına sutkadan bir qədər az müddət qalıb. Məlum olub ki, ABŞ-ın Mülki Aviasiya İdarəetməsi Starship-in sabahkı uçuş cəhdinə final icazəni təqdim edib. Əgər heç bir dəyişiklik olmasa SpaceX sabah ikinci uçuş cəhdini reallaşdıracaq. Daha öncə şirkət Starship-in ikinci uçuş cəhdi üçün 17 noyabr tarixini seçmişdi. Bununla belə şirkət 18 və 19 noyabr tarixlərini ehtiyat tarixlər kimi qeyd edib. Yəni əgər sabah hər hansısa səbəbdən Starship-in uçuşunu reallaşdırmaq mümkün olmasa, bu, ya 18 noyabr ya da 19 noyabr tarixində baş tutacaq. SpaceX sabah uçuşu reallaşdırmaq üçün 2 saat vaxta sahib olacaq. Hər şey plan üzrə getsə uçuş ümumilikdə 90 dəqiqə çəkəcək və daha sonra Starship okeana düşəcək.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...