main-post-cover

    Stilus ilə birlikdə olacaq: Qatlana bilən Huawei Mate X2-nin dizaynı ortaya çıxdı

    Elm & Texnologiya
    31.01.2020
    Farid Pardashunas
        Gözləntilərə əsasən Huawei şirkətinin ikinci qatlana bilən smartfon modelinin istehsalına bu ilin üçüncü rübündə start veriləcək. Yeni qatlana bilən modelin dizaynı keçən il təqdim edilmiş Huawei Mate X-in dizaynında reallaşdırıla bilər. Şirkət artıq Avropa birliyinin intellektual mülkiyyət bürosunda qatlana biletn yeni smartfon modelinin patentini qeydiyyatdan keçirdib. Bu barədə 91mobiles saytı xəbər verib.
        Patentdə əks olunmuş fotolar Huawei Mate X2 adlı smartfonun dizaynını sərgiləyir. Fotolardan da görmək olar ki, smartfon uzun ekrana sahib olacaq və orta hissədən üfüqi şəkildə qatlanacaq. Buna baxmayaraq Mate X2 smartfonu adi Mate X-dən dizaynca bir qədər fərqlənəcək. Belə ki, yeni model xarici tərəfə deyil, daxili tərəfə qatlanacaq. Qatlanmış vəziyyətdə istifadəçi iki kameraya sahib şaquli panel əldə edəcək. Tam açıq vəziyyətdə smartfon 4 kameraya sahib ola bilər.
        Onu da qeyd etmək lazımdır ki, patentə əsasən Mate X2-nin kənar panelində stilus üçün yer də olacaq. Burdan da belə qənaətə gəlmək olar ki, smartfondan rahat şəkildə istifadə etmək üçün onun komplektində stilus da olacaq. Bundan əlavə olaraq Mate X2-nin əvvəlki Mate X-dən bir fərqi də ondadır ki, Mate X2-in bucaqları bir qədər əyilmiş formadadır. Təəssüflər olsun ki, patent sorğusunda smartfonun texniki özəllikləri barəsində məlumat verilməyib. Lakin əminliklə demək olar ki, Mate X2 smartfonu Kirin 990 5G prosessoru ilə təchiz olunacaq.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər