Su və günəş işığından hidrogen yanacağı əldə etməyin yeni metodu kəşf edilib!
Elm & Texnologiya
10.12.2024
Farid Pardashunas
Alimlər günəş işığı və sudan bərpa olunan hidrogen yanacağı istehsal etmək üçün yeni bir metod kəşf ediblər. Hələlik yalnız erkən prototip reaktor qurulsa da, bu texnologiyanın potensialı böyükdür.
Yaponiyanın Shinshu Universitetinin alimləri yalnız günəş işığı və sudan istifadə edərək bərpa olunan hidrogen yanacağı istehsal edən innovativ bir reaktor hazırlaya biliblər. Təxminən 100 kvadrat metrlik sahəni əhatə edən bu reaktor, su molekullarını hidrogen və oksigenə ayırmaq üçün xüsusi fotokatalitik panellərdən istifadə edir. Proses 2 mərhələdən ibarətdir: birinci mərhələdə oksigen, ikinci mərhələdə isə hidrogen atomları ayrılır. Ayrılmış hidrogen təmiz yanacaq kimi saxlanılır və nəqliyyat vasitələrində, generatorlarda və digər qurğularda istifadə edilə bilər.
Bu sistem, mövcud "bir mərhələli" katalizator metodlarından fərqli bir yanaşma nümayiş etdirir. Ənənəvi metodlarda su birbaşa hidrogen və oksigenə ayrılır, lakin bu proses həm enerji səmərəsizliyi, həm də təbii qazdan asılılıq səbəbindən davamlı deyil. Reaktorun ilkin testləri UV işığı altında aparılıb və uğurlu nəticələr əldə olunub. Daha sonra günəş işığı altında keçirilən testlər enerji çevrilmə nisbətində 50%-lik bir artım göstərib. Lakin sistemin hələ də həll etməli olduğu mühüm bir problem var: günəş işığını hidrogen yanacağına çevirmə səmərəliliyi yalnız 1% səviyyəsindədir. Kommersiya məqsədləri üçün bu göstəricinin ən azı 5%-ə çatdırılması tələb olunur.
Tədqiqatçılar reaktorun ölçüsünün böyüdülməsi və daha səmərəli fotokatalizatorların hazırlanmasının vacibliyini vurğulayırlar. Tədqiqatın baş müəllifi Kazunari Domen bu texnologiyanın praktik səviyyədə səmərəliliyə çatmasının hidrogen yanacağı istehsalı ilə bağlı infrastruktur, qanun və tənzimləmələrin sürətləndirilməsinə səbəb olacağını deyib. “Fotokatalizatorların günəş enerjisindən kimyəvi enerjiyə çevrilmə səmərəliliyi ən mühüm məqamdır. Bu yaxşılaşdırıldıqda, bir çox tədqiqatçı kütləvi istehsal texnologiyası və qaz ayırma prosesləri ilə yanaşı böyük həcmli zavodların inşasının inkişafı üzərində ciddi şəkildə işləyəcəkdir” deyə Domen bildirib. Texniki maneələrə baxmayaraq, bu konsepsiya böyük ümid vəd edir. Alimlər katalizatorları təkmilləşdirə və reaktorları böyüdə bilsələr, dünyanın ən bol ehtiyatlarından olan günəş işığı və sudan təmiz və davamlı şəkildə yanacaq əldə etmək mümkün olacaq.
Linki kopyala
innovative technologies
elmi xeber
Scientific news
hydrogen fuel
hidrogen yanacagi
science
science news
elmi xeberler
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bir orta məktəb şagirdi quş nəcisindən xərçənglə mübarizə aparan maddə kəşf edib!
Bir orta məktəb şagirdi quş nəcisindən xərçənglə mübarizə aparan maddə kəşf edib!
ABŞ-da elm üzrə təhsil proqramına qatılan bir orta məktəb şagirdi qaz nəcisi üzərində apardığı araşdırmada xərçənglə mübarizə aparmağa qadir bir birləşmə aşkar edib.
Tədqiqatçılar Sibir ərazilərində 35.000 il əvvələ aid donmuş qılınc dişli pişik balası tapıblar!
Tədqiqatçılar Sibir ərazilərində 35.000 il əvvələ aid donmuş qılınc dişli pişik balası tapıblar!
Sibir bölgəsinin donmuş torpaqları indiyə qədər bir çox canlının cəsədlərinə ev sahibliyi edib və etməkdə davam edir. Alimlər bu bölgəni araşdırdıqca, hələ də kəşf edilməmiş canlı qalıqlarına rast gəlirlər.
Çinin mikro robotu öz bacarıqları ilə rekord qırıb!
Çinin mikro robotu öz bacarıqları ilə rekord qırıb!
Çinin Beihang Universitetindən olan tədqiqatçılar BHMbot-B adlandırdıqları yeni mikro robot hazırlayaraq sürət və bacarıq sahəsində rekord qırıblar. Cəmi 15 mm uzunluğunda və 2 qram ağırlığında olan bu robot, dünyadakı ən sürətli mikro robotlardan biri olub.
Yeni bir araşdırma yuxuya ehtiyac olmadan beyin funksiyalarını yaxşılaşdırmağın mümkün olduğunu ortaya qoyub!
Yeni bir araşdırma yuxuya ehtiyac olmadan beyin funksiyalarını yaxşılaşdırmağın mümkün olduğunu ortaya qoyub!
Yeni aparılan bir araşdırma NREM yuxusunun idrak performansını necə artırdığını ortaya qoyub. Elektrik stimulyasiyası ilə yuxusuz vəziyyətdə də bu faydanı əldə etmək mümkündür.
Bir zamanlar xəyal etdiyimiz "ətirlərin rəqəmsallaşdırılması" texnologiyası artıq reallığa çevirilməyə başlayır!
Bir zamanlar xəyal etdiyimiz "ətirlərin rəqəmsallaşdırılması" texnologiyası artıq reallığa çevirilməyə başlayır!
Rəqəmsal dünyada vizual və eşitmə məzmunlarının sürətlə yayılması ilə bəşəriyyət yeni bir dövrün astanasına gəlib. Bəs artıq qoxuları rəqəmsal formada ala biləcəyimiz bir sistem yaranır desək, necə olar?
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!